https://doi.org/10.36719/2789-6919/42/133-138
Həsən Əliyev
Azərbaycan Dövlət Pedoqoji Universiteti
https://orcid.org/0009-0002-3217-3654
hesen.cahangir@gmail.com
Uşaqların qidalanmasının gigiyenası
Xülasə
Uşaq orqanizminin sağlam inkişaf etməsi üçün düzgün qidalanmanın böyük əhəmiyyəti var. Buna görə də uşaqların qida rasionuna olan gigiyenik tələblərə düzgün əməl olunması və uşaq orqanizminin maddələr mübadiləsinin xüsusiyyətləri nəzərə alınmalıdır. Uzun illərin təcrübəsi göstərir ki, yetkinlik yaşına qədər düzgün qidalandırılmayan uşaqlar öz yaşıdlarından həm fiziki həm də, zehni cəhətdən geri qalırlar. Yetkinlik yaşından sonra qidalanmanın həcm və keyfiyyət cəhətdən yaxşılaşdırılması artıq gec olur. Gigiyenik tələblərə cavab verən düzgün qidalanma uşağın fiziki tələbatını ödəməklə yanaşı sağlamlığa zərər vurmadan uşaq xəstəliklərinə qarşı profilaktik əhəmiyyətə malikdir.
Ailənin planlaşdırılması burada ön plana çıxır. Çünki həm fiziki və həm də əqli cəhətdən sağlam uşaq dünyaya gətirib tərbiyə etmək üçün valideynlər öz imkanlarını nəzərə almalıdırlar.
Açar sözlər: uşaq orqanizmi, qidalanma, gigiyena, fiziki inkişaf, zülallar , vitaminlər