Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/57-61

Nigar Süleymanova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0009-8898-0421

amiraslanigar99@gmail.com

 

Üslubiyyatın tədrisi və dilin funksional istifadə prinsipləri:

düzgünlük, dəqiqlik və aydınlıq

 

Xülasə

Müasir Azərbaycan ədəbi dilinin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır. Həmin üslubları öyrənən, spesifik xüsusiyyətlərini fərqləndirən bölmə isə üslubiyyat adlanır. Məqalədə elmi-metodiki ədəbiyyatda üslubiyyat məsələlərinin qoyuluşu araşdırılmışdır. Orta məktəbdə üslubi məsələlərin qoyuluşu, bütün üslubların xüsusiyyətləri qısa şərh edilmişdir. Həmçinin, məqalədə dilçi alimlərin fərqli bölgüləri və təsnifatları nəzərdən keçirilmişdir. Nitqin üslubi baxımdan düzgün formalaşması Ana dili dərsləri zamanı üslubların tədrisində aparılan əlaqələndirmə və ümumiləşdirmə məsələləri izah edilmişdir. Həmçinin, nitqin düzgünlük, dəqiqlik, aydınlıq kimi əsas xüsusiyyətləri üslubiyyatla əlaqələndirilərək, nəzərdən keçirilmişdir.

Açar sözlər: üslubiyyat, bədii üslub, elmi üslub, rəsmi-işgüzar üslub, məişət üslubu, metodika, dilçilik, düzgünlük, dəqiqlik, aydınlıq


Baxış: 89