Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/136-139

Ülkər Əhmədzadə

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0001-4625-663X

ulkerahmadzada@gmail.com

 

VI sinif “Azərbaycan dili” dərsliyində dil qaydalarının təhlili

 

Xülasə

 

Bu məqalədə VI sinif Azərbaycan dili dərsliyində nəzərdə tutulmuş dil qaydalarının şagirdlərə mənimsədilməsi, dərslikdə yer alan qrammatika qaydalarının nə dərəcədə şagirdlər üçün aydın, anlaşıqlı olmasını təhlil etmək qarşıya qoyulan vəzifələrdəndir.

Dil qaydaları hazırda ənənəvi təlim metodlarından fərqli olaraq şagirdlərə mənimsədilir. Müxtəlif iş üsullarından istifadə edilərək qaydanın mənimsədilməsi müasir interaktiv təlim metodlarının tətbiqi nəticəsində əldə olunur. Ənənəvi dərslərdə qrammatik qaydalar daha çox əzbərlədilirdisə, müasir dərslərdə müxtəlif iş üsullarından istifadə edilərək dil qaydaları öyrədilir. Dərsi interaktiv təlim metodları ilə təşkil edən müəllim şagirdlərdə öyrənmə-tətbiq vərdişini yaradır.

Açar sözlər: dərslik, dil qaydaları, təhlil, üsul, qrammatika


Baxış: 637