DOI: https://doi.org/10.36719/2706-6185/47/238-241
Seyran Dadaşov
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0008-8980-4668
dadasovseyran11@gmail.com
Vizual stimulların xarici dil tədrisində kognitiv və pedaqoji təsirləri
Xülasə
Vizual stimulların xarici dil tədrisində rolu həm kognitiv, həm də pedaqoji baxımdan olduqca önəmlidir. Əvvəla, bu materiallar şagirdlərin diqqətini cəlb edir və yaddaşda informasiyanın daha uzun müddət qalmasına kömək edir. Şəkillər, videolar və qrafiklər vasitəsilə təqdim olunan məlumatlar beynin müxtəlif hissələrini aktivləşdirir, nəticədə öyrənilən söz və ifadələrin mənimsənilməsi daha asan və davamlı olur. Bu cür stimullar həmçinin şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir, onları analiz etməyə, müqayisə aparmağa və fikirlərini daha dolğun ifadə etməyə təşviq edir.
Pedoqoji baxımdan isə vizual materiallar dərs prosesini daha maraqlı və interaktiv edir. Şagirdlər arasında motivasiyanı artırır, öyrənməyə qarşı pozitiv münasibət formalaşdırır. Eyni zamanda, bu cür stimullar fərdi öyrənmə tərzlərini nəzərə almağa imkan verir; xüsusilə də görmə ilə öyrənən şagirdlər üçün daha səmərəli nəticələr verir. Vizual vasitələrlə situasiya qurmaq, şəkillər üzərindən danışmaq və ya yazmaq şagirdlərin danışıq və yazı bacarıqlarını da əhəmiyyətli dərəcədə inkişaf etdirir. Bundan əlavə, vizual stimullar vasitəsilə dilin mədəni kontekstdə öyrədilməsi də asanlaşır; şagirdlər öyrəndikləri dilin daşıyıcılarının gündəlik həyatı, adət-ənənələri və davranış modelləri ilə tanış olur, bu da mədəniyyətlərarası anlayışın formalaşmasına töhfə verir.
Açar sözlər: vizual stimullar, xarici dil tədrisi, kognitiv təsirlər, pedaqoji təsirlər, görünən materiallar, şəkil və video ilə öyrənmə, yaddaşın gücləndirilməsi, motivasiya və maraq, interaktiv dərs, fərdi öyrənmə tərzləri, kommunikativ bacarıqlar, dil və məna əlaqəsi, mədəniyyətlərarası öyrənmə, didaktik alətlər