Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/50/92-97

Rauf Həsənov

Azərbaycan Milli Konservatoriyasının nəzdində

Sumqayıt Musiqi Kolleci

https://orcid.org/0000-0003-4640-4396

rhesenzade95@gmail.com 

 

Xalq çalğı alətləri ixtisasında təhsil alan tələbələrə

ingilis dilinin tədris metodikası

 

Xülasə

 

Bu məqalədə xalq çalğı alətləri ixtisasında təhsil alan tələbələrə ingilis dilinin tədrisi məsələsi tədqiq olunur. Məqsəd – bu tələbələrin dil öyrənmə ehtiyaclarını, mövcud tədris metodlarına müna­sibətlərini və daha effektiv pedaqoji yanaşmaların tətbiq imkanlarını müəyyənləşdirməkdir.

Tədqiqat çərçivəsində Bakı Musiqi Akademiyasının 12 tələbəsi arasında anket sorğusu və fokus qrup müzakirələri aparılmış, nəticələr kəmiyyət və keyfiyyət üsulları ilə təhlil olunmuşdur. Nəticə­lər göstərmişdir ki, hazırkı ingilis dili tədris proqramları tələbələrin ixtisas yönümlü ehtiyaclarını tam şəkildə ödəmir. Tələbələr daha çox musiqi kontekstində qurulmuş materiallara və kommunika­tiv metodlara üstünlük verir.

Məqalədə sahəyə uyğunlaşdırılmış metodik yanaşmaların tətbiqinin vacibliyi əsaslandırılır və tədris prosesinin kontekstual modellərlə zənginləşdirilməsinin zəruriliyi vurğulanır.

Açar sözlər: ingilis dili tədrisi, xalq çalğı alətləri, ESP, kontekstual metodika, musiqi ixtisası


Baxış: 297