DOI: https://doi.org/10.36719/2663-4619/120/114-117
Gülriyyə Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0002-0994-1520
mammadovagulriyya@gmail.com
Gülbaniz Alverdiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0001-8212-9876
gulbaniz.alverdiyeva70@gmail.com
Sevinc Mustafazadə
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0000-6914-078X
sevincmustafazade876@gmail.com
Natəvan Məmmədzadə
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0006-4119-4325
natavan.mammadzade@gdu.edu.az
Vəfa Muxtarova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0002-1094-1758
i.vafa91@gmail.com
Xarici dilin ikinci dil kimi istifadəsi
Xülasə
XXI əsr linqvistik məkana çoxdillilik dövrü kimi daxil olmuşdur. Qloballaşma prosesi xalqlar və etnik qruplar, dövlətlər və qitələr arasında mənəvi sərhədləri və məsafələri tədricən silməkdədir. İnsanlar arasında mədəniyyətlərarası ünsiyyət çoxşaxəli olsa da, əsas ünsiyyət vasitəsi həmişə dil olacaqdır. Bu baxımdan, hər bir ölkədə ikidillilərin və poliqlotların sayı, eləcə də belə bir insan olmağa can atanların sayı artır. Bu da, öz növbəsində, xarici dil müəllimlərinin üzərinə yeni vəzifələr qoyur. Bu baxımdan, sosiolinqvistik elmdə doğma, birinci, ikinci və xarici dil anlayışları yenilənmiş, yeni fikir və baxışlar meydana çıxmışdır.
Xarici dilləri bilmədən kommunikativ səriştənin, yəni mədəniyyətlərarası qarşılıqlı əlaqənin formalaşması mümkün deyil. Xarici dilə yiyələnməyin vacibliyinin dərk edilməsi cəmiyyətimizin həyatının bütün sahələrinin beynəlmiləlləşməsinin, onun dünya birliyinə daxil olmasının nəticəsi kimi qiymətləndirilə bilər. Müasir mütəxəssis müəyyən bir sahədə fundamental hazırlığa malik, daim peşəkar inkişafa qadir olan geniş təhsilli şəxsdir.
Açar sözlər: ana dili, xarici dil, dildən istifadə, ünsiyyət, tədris metodları