DOI: https://doi.org/10.36719/2789-6919/49/50-56
Azərbaycan Dillər Universiteti
doktorant
https://orcid.org/0000-0003-4923-8004
gunay-m2014@yandex.com
Xarici dilin mənimsənilməsində sorğu-əsaslı öyrənmənin rolu və tədrisi üsulları
Xülasə
Sorğu-əsaslı öyrənmə müasir pedaqoji yanaşmalar arasında öyrənənləri aktiv şəkildə bilik istehsalına cəlb edən ən təsirli modellərdən biridir. Onun mahiyyəti öyrənənlərin sualvermə, araşdırma aparma, nəticə çıxarma və refleksiya etmə fəaliyyətlərinə əsaslanır. Tarixi baxımdan, sorğu-əsaslı öyrənmə ilkin mərhələdə təbiət elmlərində istifadə olunmuş, daha sonra isə humanitar fənlərdə, o cümlədən xarici dillərin tədrisində tətbiq edilməyə başlanmışdır.
Xarici dilin tədrisində sorğu-əsaslı öyrənmənin rolu çoxşaxəlidir. Tələbələr real problemləri araşdırır, müxtəlif mənbələrdən istifadə edir, tədqiqat sualları formalaşdırır, nəticələrini yazılı və şifahi şəkildə təqdim edirlər. Bu proses onların oxu, dinləmə, danışıq və yazı bacarıqlarını kompleks şəkildə inkişaf etdirir. Sorğu-əsaslı öyrənmənin tətbiq üsulları da tədrisdə mühüm rol oynayır. Layihə əsaslı öyrənmə tələbələrin uzunmüddətli tədqiqat aparmasına imkan verir; problemin həlli yönümlü tədris onların analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir; Jigsaw metodu qrup işini və əməkdaşlığı gücləndirir; debat və diskussiya texnikaları arqumentasiya və spontan ünsiyyət bacarıqlarını artırır; veb-questlər və rəqəmsal fəaliyyətlər isə rəqəmsal savadlılıq və müasir informasiya texnologiyalarından istifadə bacarıqlarını formalaşdırır.
Açar sözlər: sorğu-əsaslı öyrənmə, orientasiya, konseptuallaşdırma, araşdırma, layihə-əsaslı öyrənmə, ziqzaq metodu