Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/105-108

Rübabə Məmmədova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0001-5018-9265

rubabem@yahoo.com

 

Xarici dilin tədrisində orijinal öyrənmə proqramları və

fəaliyyətlərinin rolu

 

Xülasə

 

Xarici dilin tədrisində orijinal materiallardan istifadə çox vacibdir və bu materiallar tələbələrin tədrisdə müvəffəqiyyətini artırır. İnkişaf edən texnologiya sayəsində təlim prosesində istifadə olunan materialların növündə və keyfiyyətində əhəmiyyətli inkişaf var. Orijinal oyrənmə proqramları xarici dilin tədrisində böyük əhəmiyyət kəsb edir və araşdırmalar göstərir ki, bu proqramlardan istifadə orijinal öyrənmənin effektivliyinə müsbət təsir göstərir. Bu məqalədə orijinal öyrənmə mühitindən, orijinal öyrənmə fəaliyyətlərindən və təcrübələrindən bəhs edilir və xarici dilin tədrisində inkişaf edən bu proqram və fəaliyyətlər sayəsində real həyatla formal təlim arasındakı boşluğun getdikcə azalması ilə bağlı əsas məqamlar qeyd olunur.

Xarici dilin tədrisində orijinal dil öyrənmə vasitələrindən istifadə tələbələrə oxuma, yazma, dinləmə, danışma, düşünmə bacarıqları və strategiyalarını daha da inkişaf etdirmək və bu bacarıqlardan səmərəli istifadə etmək imkanları yaradır. Müasir rəqəmsal dövrdə orijinal dil öyrənmə proqramları və fəliyyətlərinin dilin tədrisində istifadəsi tələbələri gələcəyə hazırlayır və tənqidi düşünən, yüksək motivasiyalı, effektiv ünsiyyət quran və problemləri həll etmə bacarıqlarına malik olan şəxslər yetişir.

Açar sözlər: orijinal öyrənmə mühiti, simulyasiyaya əsaslanan öyrənmə, tələbə tərəfindən yaradılan media, sorğu əsaslı öyrənmə, orijinal öyrənmə proqramları


Baxış: 21