DOI: https://doi.org/10.36719/2706-6185/47/220-223
Tamara Qarayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0008-3405-6463
tamara.qaraeva@gmail.com
Xarici dillərin öyrənilməsində mobil tətbiqlərin rolu
Xülasə
Müasir dövrdə texnologiyanın sürətli inkişafı dil öyrənmə prosesinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Xüsusilə mobil tətbiqlər, xarici dil öyrənənlər üçün əlçatan, interaktiv və fərdiləşdirilmiş öyrənmə imkanları təqdim etməklə dil tədrisində yeni bir era başlatmışdır. Bu məqalə, xarici dillərin öyrənilməsində müxtəlif növ mobil tətbiqlərin rolunu elmi əsaslarla təhlil etməyi hədəfləyir. Məqalədə dil öyrənmə tətbiqlərinin təsnifatı aparılıb, onların müxtəlif yaş kateqoriyalarında istifadəsi və təqdim etdiyi faydalar ətraflı şəkildə araşdırılıb. Tədqiqat, lüğət öyrənmə, qrammatika təkmilləşdirmə, tələffüzün inkişafı, dinləmə və danışma bacarıqlarının formalaşdırılması kimi müxtəlif dil bacarıqlarına yönəlmiş tətbiqlərin pedaqoji potensialını qiymətləndirir.
Açar sözlər: xarici dil öyrənməsi, dil tətbiqləri, Duolingo, Busuu, mobil təhsil