DOI: https://doi.org/10.36719/2789-6919/50/23-30
Dağbəyi Allahverdiyev
ARETN İqtisadiyyat İnstitutu
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-2679-2024
dagbeycahani@gmail.com
Əli Allahverdiyev
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0008-3617-130X
elidir@gmail.com
Nigar Allahverdiyeva
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0003-0977-3854
nigarallahverdiyeva556@gmail.com
Günel Allahverdiyeva
Azərbaycan Memarlıq və İnşaat Universiteti
magistrant
https://orcid.org/0009-0000-0478-1834
gunel@gmail.com
Xarici iqtisadi fəaliyyətdə maliyyə səmərəliliyi və
sosial-iqtisadi rifah vəhdəti
Xülasə
Tədqiqatın məqsədi, dövlətlərin qarşılıqlı münasibətləri və siyasi-iqtisadi əlaqələrində əsas mahiyyət, beynəlxalq ticarətin əhatəliliyi, alternativ maliyyə mənbələrinin sosial-iqtisadi rifah tərəqqisinə tətbiqi tədqiq edilmişdir. Təhlilin məqsədi qlobal maliyyə böhranının qarşısının alınmasında dövlətin maliyyə dəstəyi və tənzimlənməsi prinsipləri, bu hallarla qarşılaşmış ölkələrin, həmçinin dünya təcrübəsinin öyrənilməsidir. Tədqiqatın metodologiyası, müqayisəli və analitik təhlil üzrə aparılmışdır.
Məlum olduğu kimi, xarici iqtisadi əlaqələr ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətli faktorlardan biridir və alternativ maliyyə mənbələrinin səmərəli istiqamətləndirilməsi ÜDM artımı ilə şərtlənir. Bununla əlaqədar olaraq, təhlildə, xarici iqtisadi əlaqələrin nəzəri metodoloji əsasları və dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi tərəqqi təcrübəsi təhlil edilmişdir.
Açar sözlər: beynəlxalq iqtisadi inkişaf modeli, xarici iqtisadi fəaliyyət, xarici investisiya, davamlı iqtisadi tərəqqi, alternativ maliyyə mənbələri, xarici ticarət