https://doi.org/10.36719/2706-6185/43/40-44
Eldar Cəfərov
Bakı Dövlət Universiteti
siyasi elmlər üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8563-697X
eldarjafarov@bsu.edu.az
İlkin Orucov
Yessenov Universiteti
https://orcid.org/0009-0001-7087-7583
ilkin.orujov@yu.edu.az
Xarici siyasətdə mədəniyyət amili
Xülasə
Dövlətlərarası əlaqələrin həyata keçirilməsi beynəlxalq münasibətlərin inkişafı ilə müxtəlif aspektləri özündə birləşdirməyə davam edir. Hal-hazırda qloballaşma fenomeninin təsiri, KİV-lərin inkişafı ilə dünya dövlətləri arasındakı sərhədlər tədricən yox olur və birindən digərinə müəyyən fikir və ideyalar ötürülür. Bu ideyaların daşıyıcısı qismində dövlətlərin mənsub olduğu milli mədəniyyətlər təmsilçi kimi çıxış edir. Bu zaman dövlətlərarası əlaqələrdə mədəniyyət məhfumu öz anlamını dövlətin xarici siyasətində qazanmağa başlayır. Çoxaspektli diplomatik əlaqələrin bir qolu kimi mədəniyyət diplomatiyası dövlətlərin məqsədlərinin həyata keçirilməsində, imicinin formalaşdırılmasında, digər dövlətlərlə əlaqələrinin genişləndirilib, dərinləşdirilməsində xüsusi rol oynayır. Beləcə, mədəniyyət diplomatiyası dövlətlərin xarici siyasətində öz anlamını qazanır.
Açar sözlər: xarici siyasətdə mədəniyyət, mədəniyyət diplomatiyası, ictimai diplomatiya, diplomatik münasibətlər, Azərbaycanın xarici siyasəti