DOI: https://doi.org/10.36719/2663-4619/121/53-56
Lamiə Heydərova
Sumqayıt Dövlət Universiteti
dissertant
https://orcid.org/0009-0008-0793-921X
lamia.heydarova@gmail.com
“Xeyir” və “Şər” linqvokoqnitiv tədqiqat predmeti kimi
Xülasə
Məqalədə “xeyir” və “şər” anlayışlarının linqvokoqnitiv təhlili aparılır. Obyektiv dünya insan tərəfindən dəyər aspektləri əsasında qəbul olunur və bu qəbul fərdin idrak fəaliyyəti, şəxsi və mədəni təcrübəsi ilə bağlıdır. “Xeyir” və “şər” kateqoriyaları universaldır, lakin onların sərhədləri fərdin və cəmiyyətin dünyagörüşünə, eləcə də tarixi və mədəni inkişaf səviyyəsinə görə dəyişir. Bu anlayışlar insanın mənəvi oriyentasiyasını, əxlaqi seçimlərini və dünyaya münasibətini müəyyənləşdirən əsas dəyər göstəriciləridir. Dil strukturunda təsbit edilən dəyər münasibətləri, frazeoloji vahidlər və qiymətləndirmə ifadələri vasitəsilə “xeyir” və “şər” konseptləri həm milli mədəniyyətin, həm də ümumbəşəri düşüncənin təməl kateqoriyalarından biri kimi formalaşır. Tədqiqat göstərir ki, bu anlayışların öyrənilməsi insanın mənəvi dünyasını, milli şüurunu və mədəniyyətlərarası əlaqələrini daha dərindən anlamağa imkan verir.
Açar sözlər: dəyər, xeyir və şər, fərd, qiymətləndirmə, anlayış, mədəniyyət