Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/181-184

Toğrul Kazımlı

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0006-1689-1305

togrul.kazimli98@gmail.com

 

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan

maarifçilərinin sosioloji baxışları

 

Xülasə

 

XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan maarifçilərinin sosiloji baxışları milli özünüdərkin və maarifçilik hərəkatının formalaşması ilə səciyyələnir. Bu dövrdə Azərbaycan ziyalıları maarifçilik ideyalarını cəmiyyətin inkişafının əsas vasitəsi kimi qəbul edir və cəmiyyəti modernləşdirmək məqsədilə müxtəlif sosial məsələlərə dair fəal müzakirələr aparırdılar. Onların əsas məqsədi xalqın təhsil səviyyəsini yüksəltmək, milli şüuru formalaşdırmaq və müasir elmlərə əsaslanan maarifçilik ideyalarını yaymaq idi. Maarifçilər ictimai ədalət, bərabərlik, insan hüquqları və sosial rifah kimi mövzuları müzakirə edərək, cəmiyyətin tərəqqisinə nail olmağa çalışırdılar. Azərbaycan maarifçiləri - Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov və başqaları - öz əsərləri və fəaliyyətləri ilə cəmiyyətin sosial problemlərini işıqlandırır, maarifçilik ideyalarını təbliğ edir və cəmiyyətin təhsil səviyyəsinin artırılması üçün mübarizə aparırdılar. Onlar sosial ədalətsizlik, qadın hüquqları, kasıblıq və təhsil kimi problemləri müzakirə edərək, bu problemlərin həlli üçün maarifçiliyi əsas vasitə kimi görürdülər.

Maarifçilərin sosiloji baxışları həm də milli kimliyin formalaşması və milli birliyin gücləndirilməsi ilə bağlı idi. Onlar milli mədəniyyəti, dili və adət-ənənələri qoruyaraq, Azərbaycan xalqının dünyagörüşünü zənginləşdirməyə çalışırdılar. Maarifçilər hesab edirdilər ki, cəmiyyətin tərəqqisi yalnız elmin, maarifin və təhsilin inkişafı ilə mümkündür.

Bu dövrün maarifçilərinin sosiloji baxışları Azərbaycan cəmiyyətinin modernləşməsi və milli özünüdərkin güclənməsi istiqamətində mühüm rol oynamış və gələcək nəsillərə dərin iz qoymuşdur.

Açar sözlər: Azərbaycan, sosioloji, XIX əsr, milli, maarifçilik

 


Baxış: 23