Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/50/52-57

Aytən Abdullayeva

Azərbaycan İnşaat və Memarlıq Universiteti

https://orcid.org/0009-0007-3662-8368

ayten_abdullayeva@hotmail.com

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda eklektika

memarlığında dekorativ elementlərin müqayisəsi

 

Xülasə

 

Bu araşdırma XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda memarlıq və şəhərsalma pro­seslərinin inkişafını öyrənir. Həmin dövrdə şəhərin sürətlə böyüməsi və yeni yaşayış, inzibati, dini və məişət binalarının tikilməsi peşəkar memar və mühəndislərin fəaliyyətini aktuallaşdırmışdır. Yerli memarlar, xüsusilə Qasım bəy Hacıbababəyov, Qafar İsmayılov və Zivər bəy Əhmədbəyov, milli memarlıq ənənələrini Avropa və rus memarlıq məktəblərinin prinsipləri ilə sintez edərək, şə­hərin vahid memarlıq zonasının formalaşmasına töhfə vermişlər.

Eklektik üslub və üslubpərəstlik dövründə tikilmiş binalarda Şirvan-Abşeron klassik memarlıq elementləri, tağlar, tağbəndlər, günbəzdaxili interyerlər və həcmi-fəza kompozisiyaları milli memar­lığın zənginliyini nümayiş etdirir. Eyni zamanda dəmir-beton, metal, şüşə və digər yeni ma­teri­alların tətbiqi böyük konstruk­siyaların, tağ və günbəz layihələrinin reallaşmasına imkan yaratmışdır.

Araşdırmada Bakının tarixi mərkəzində və Abşeron yaşayış məntəqələrində milli-romantik is­tiqamət, dini qurğular, hamamlar və yaşayış evləri əsasında inkişafın miqyası, planlaşdırma və me­marlıq formaları göstərilmişdir. Həmçinin, tarixi binaların qorunması məsələləri də diqqətə alın­mış, 1988-ci ildə 850-dən çox memarlıq abidəsi dövlət tərəfindən qorunan siyahıya daxil edilmişdir.

Zaqafqaziya və Bakı-Tiflis dəmiryolunun inşası zamanı tətbiq olunan “şərqi üslub” və Mavrita­niya memarlığı, yerli memarlıq ənənələri ilə birləşərək şəhərin memarlıq simasının formalaşmasına mühüm təsir göstərmişdir. Bu tədqiqat Bakının XIX-XX əsrlərdə memarlıq irsinin milli və beynəlxalq təsirlərin sintezi nəticəsində yaranan zənginliyini və tarixi-mədəni əhəmiyyətini əks et­dirir.

Açar sözlər: Bakı, memarlıq, şəhərsalma, eklektika, milli memarlıq, Şirvan-Abşeron üslubu, Avropa memarlığı


Baxış: 2627