Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/127/180-200 

Ümit Akın

Bandırma Onyedi Eylül Universiteti

Türkiyə

uakin@bandirma.edu.tr

Halil İbrahim Ertürk

Biləcik Şeyh Edebali Universiteti

Türkiyə

halil.erturk@bilecik.edu.tr

 

XVI–XX əsrlər arasında Osmanlı–Türküstan münasibətləri:

Arxiv sənədləri əsasında və xilafətin təsiri

 

Xülasə

 

Osmanlı İmperiyası, xüsusilə 1453-cü ildə İstanbulun fəthindən sonra İslam dünyasında mühüm gücə çevrilmişdir. 1517-ci ildə xilafətin Osmanlılara keçməsi ilə Osmanlılar siyasi hakimiyyətlərinə dini liderlik funksiyasını da əlavə etmişlər. Digər tərəfdən, Türküstan müxtəlif türk xanlıqları tərəfindən idarə olunmuş və güclü İslam mədəniyyəti ilə seçilən bir regiondur. Bu bölgə tarix boyu heç vaxt birbaşa Osmanlı siyasi hakimiyyəti altında olmamışdır. Buna baxmayaraq, Osmanlı–Türküstan münasibətləri əsasən dini və mədəni müstəvidə inkişaf etmişdir.

Bu tədqiqatın məqsədi XVI–XX əsrlər arasında Osmanlı İmperiyası ilə Türküstan xanlıqları arasında qurulan münasibətlərin dini, siyasi və mədəni aspektlərini araşdırmaq və həmin dövrdə xilafətin təsirini müəyyən etməkdir. Tədqiqat çərçivəsində Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsi tərəfindən 2004-cü ildə nəşr olunmuş arxiv sənədləri araşdırılmış və Osmanlı İmperiyası ilə Türküstan xanlıqları arasında aparılmış yazışmalar müəyyən edilmişdir. Bu sənədlər əsasında Osmanlı İmperiyası ilə Türküstan arasındakı siyasi, iqtisadi, dini və mədəni əlaqələr, eləcə də bu kontekstdə xilafətin təsiri üzə çıxarılmağa çalışılmışdır.

Açar sözlər: Osmanlı İmperiyası, Türküstan, arxiv sənədləri, beynəlxalq münasibətlər, xilafət

 


Baxış: 186