DOI: https://doi.org/10.36719/2706-6185/56/19-24
Nəhayət İsgəndərova
Bakı Dövlət Universiteti
dissertant
https://orcid.org/0000-0002-2877-8944
nehayet87@gmail.com
XX əsrin əvvəllərində Şimali Azərbaycan
siyasi həyatında milli partiyalar
Xülasə
Məqalədə XX əsrin əvvəllərində Şimali Azərbaycanın siyasi həyatında milli yönümlü siyasi partiyaların formalaşması və fəaliyyəti araşdırılır. Tədqiqatda Rusiya imperiyasının müstəmləkə siyasəti, 1905–1907-ci illər inqilabi hadisələri, erməni-müsəlman qarşıdurmaları və Birinci Dünya müharibəsi fonunda milli siyasi təşkilatlanmanın xüsusiyyətləri təhlil olunur. “Qeyrət”, “Difai”, “Müdafiə” və “Müsavat” partiyalarının ideoloji əsasları, sosial tərkibi və təşkilati strukturları müqayisəli şəkildə öyrənilir. Məqalədə əsaslandırılır ki, bu partiyalar milli özünüdərk prosesinin sürətlənməsində, siyasi şüurun formalaşmasında və Azərbaycan dövlətçiliyinin ideoloji bazasının yaradılmasında mühüm rol oynamışdır.
Açar sözlər: milli hərəkat, siyasi partiyalar, Difai, Müsavat, Qeyrət, Şimali Azərbaycan, XX əsrin əvvəlləri