DOI: https://doi.org/10.36719/2789-6919/56/42-48
Tuğba Örengül Uzunca
Kütahya Dumlupınar Universiteti
magistrant
https://orcid.org/0009-0003-2958-7060
tuzunca43@gmail.com
XXI əsrdə yaşıl iqtisadiyyatın əhəmiyyəti və iqlim böhranı ilə mübarizədə sosial şüurun rolu
Xülasə
İqlimdə baş verən dəyişikliklər dünya üzrə temperaturun artmasına səbəb olaraq insan həyatına ciddi şəkildə təsir edir. Milyardlarla illik tarixə malik olan planetdə zamanla müxtəlif iqlim dəyişiklikləri baş vermişdir. Bu dəyişikliklər təkcə təbii səbəblərlə deyil, eyni zamanda bir çox hallarda insan fəaliyyəti ilə də bağlıdır. Təxminən 300 min illik tarixə malik insan növü dominant növə çevrilərək ekoloji sistemlər üzərində yaşamaq uğrunda mübarizəsini davam etdirmişdir. Bu mübarizə sənaye inqilabı ilə birlikdə zirvəyə çatmış və insan fəaliyyətlərinin yaratdığı dəyişikliklər sürətlənmişdir. Ekosistem üzərində çalışan alimlər tərəfindən hazırkı dövr “Antroposen” adlandırılaraq geoloji bir dövr kimi xarakterizə edilmişdir.
İnsanlıq təbiətdə həyata keçirdiyi fəaliyyətlər nəticəsində yaşadığı mühitdən ehtiyaclarını qarşılamaq istəyərkən, öz həyat fəaliyyəti üçün təhlükələr də yaratmışdır. Ovçu-yığıcı dövrdə başlayan bu təhlükə bir çox növün məhv olmasına və nəzarətsiz ovlanma kimi problemlərə səbəb olmuşdur. Zamanla məskunlaşma və kənd təsərrüfatı fəaliyyətlərinin artması ilə əhali çoxalmış, resurslara olan tələbatın artması isə təbii tarazlığa daha çox zərər vurmuşdur. Cəmiyyətlərin həyat tərzi, mədəniyyətləri, qarşılıqlı münasibətləri, resurslara olan tələbləri, bu resurslardan istifadə üsulları və ətraf mühitə verdikləri dəyər nəticə etibarilə ekoloji problemləri təbiət elmləri sahəsindən çıxararaq sosial elmlər sahəsinə də daxil etmiş və onu fənlərarası bir mövqeyə gətirmişdir.
Açar sözlər: iqlim dəyişikliyi, qlobal istiləşmə, yaşıl iqtisadiyyat, iqlim böhranı, sosial şüur, ekoloji tarazlıq