Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Yaşayış məskənlərinin və evlərinin keçib gəldiyi tarixi inkişaf yolu (Şəki-Zaqatala zonasının yaşayış evləri)

 

Sevil Mirzəliyeva

 

Xülasə. Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdən biri hesab olunur. Davamlı olaraq yaşayış məskənləri olmuş bu torpaqlar cəmiyyət tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr diyarıdır. Bu abidələr əsasən ibtidai insanların sığınacaqları olmuş təbii və süni mağaralardan başlayaraq yaşayış məskənlərinin qədim dövrlərdən indiki dövrə qədər keçdiyi tarixi inkişaf yolunu əks etdirən maddi-mədəniyyət nümunələridir. Yaşayış məskənlərinin təkamülünün öyrənilməsi xalqın maddi mədəniyyətinin, etnoloji xüsusiyyətlərinin və ənənəvi tikinti sənətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xalq yaşayış evlərinin formalaşmasında təbii-coğrafi şərait, əhalinin təsərrüfat fəaliyyəti, yerli tikinti materialları və digər amillər müəyyənedici rol oynamışdır. Bu amillərin təsiri ilə xalq yaşayış evləri müxtəlif tipdə və növdə olmuş, sadə formalı ilkin yaşayış məskənlərindən müasir yaşayış evlərinə qədər uzun və tarixi inkişaf yolu keçmişdir. Bu baxımdan ölkə ərazisində təbii-coğrafi şəraitə uyğun olaraq hər zonanın özünə məxsus yaşayış evi fondu formalaşmışdır. Məqalənin məqsədi yaşayış məskənlərinin tarixi inkişaf yolunu nəzərdən keçirmək, həmçinin Şəki-Zaqatala zonası ərazisində əhalinin yaşayış evləri fondunu təşkil edən müxtəlif tipli evlərin etnoqrafik və memarlıq xüsusiyyətlərini araşdırmaqdır.

 

Açar sözlər: yaşayış məskənləri, Şəki-Zaqatala zonası, işıqlı evlər, buxarı, divar peçi, abidə

 


Baxış: 2