Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/55/127-130

Ramil Usubov
Bakı Dövlət Universiteti

magistrant
https://orcid.org/0009-0004-2587-5580
Ramil.usubov23@gmail.com

 

Yeni dünya nizamı: Siyasi perspektivdə Rusiya Federasiyasının mövqeyi

 

Xülasə

 

İkinci Dünya müharibəsindən sonra elmi-texniki və texnoloji inkişafın intensivləşməsi beynəl-xalq münasibətlər üçün bir çox struktur dəyişikliyin baş verməsinə səbəb oldu. Bunlardan biri yeni dünya nizamı və bu uğurda aparılan mübarizənin xarakteristikasında baş verdi. Müasir beynəlxalq sistemdə dünya hegemoniyası əsasən regional güc aktorları çərçivəsində müəyyən olunur. Supergüc dövlətlər təsir dairəsi genişləndirmək üçün regional aktorlar ilə əməkdaşlıq etməsi artıq zəruri bir hal alıb. Buna səbəb olan faktorlardan biri isə qloballaşma və onun nəticəsində dövlətlərarası sərhədlərin neytrallaşmasıdır. Mürəkkəb siyasi və iqtisadi əlaqələr hər hansı münaqişənin mənfi təsirini çoxaldır. Bu isə regional aktorların rolunu artırır. Rusiya müasir beynəlxalq sferada regional güc kimi vacib geostrateji mövqeyə malikdir. Rusiya bir çox regiona təsir edə bilən bir aktordur. Avropa, Qafqaz və Asiya kimi böyük qitə və bölgələr ilə sərhədə sahib olması onu yeni dünya nizamında əhəmiyyətli bir siyasi obraza çevirir.

Açar sözlər: beynəlxalq sistem, dünya nizamı, regional güc, təhlükəsizlik, siyasi periferiya

 


Baxış: 58