Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Varis Quliyev

Naxçıvan Dövlət Universiteti Bioresurslar İnstitutu

Naxçıvan, Azərbaycan

aqrar elmlər doktoru

varisquliyev@ndu.edu.az

Cabbar Nəcəfov

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

aqrar elmlər üzrə fəlsəfə doktoru

cabbarnacafov@ndu.edu.az

Heydər Əsədov

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

heyderasasdov@ndu.edu.az

 

Yeni üzüm sortlarının ampeloqrafiq xüsusiyyətləri

 

Xülasə

 

Məqalə Naxçıvan Muskatı, Nərgizi və Alincə adlı yeni üzüm sortlarının ampeloloqrafik qiymətləndirilməsinə həsr olunmuşdur. Tədqiqat dövrü yeni üzüm sortlarının ekoloji, fenoloji, aqrobioloji, biomorfoloji xüsusiyyətləri araşdırılmış, onların genetik strukturu tədqiq edilmiş, ampelo-deskriptor xüsusiyyətləri təsvir olunmuşdur.

Naxçıvan muskatı sortu 1985-ci ildə Özbəkistan muskatı üzüm sortunun cücərən toxumlarına 0.3% kolxisin məhlulu ilə 24 saat ərzində təsir edilməsi nəticəsində əldə olunmuş bitkilər içərisindən seçilmişdir. Yeni sort 2020-ci ildə  patent və müəlliflik şəhadətnamə almışdır (№ 00288, müəllif: prof. V.M. Quliyev). Hər bir kol 11-13 kq məhsul  verir. 

Nərgizi sortu 1980-ci ildə Özbəkistan muskatı sortunun sərbəst tozlanma yolu ilə əldə edilmiş toxumlarına cücərmə dövrü 48 saat ərzində 0.3% kolxisin məhlulu ilə təsir edilmişdir. Sonra cücərən bitkilər içərisindən seçilmişdir. Nərgizi 2020-ci ildə  patent və müəlliflik şəhadətnaməsi almışdır (№ 00291, müəllif: prof. V.M. Quliyev). Hər bir kol 15-17 kq məhsul verir.

Alincə üzüm sortu Mələyi sortunun sərbəst tozlanma yolu ilə alınmış. toxumlarına cücərmədən əvvəl 48 saat ərzində 0.5% kolxisin məhlulu ilə təsir edilmişdir. Nəticədə alınan bitkilər işərisindən seçilmişdir. Alincə  patent və müəlliflik şəhadətnaməsi almışdır (№ 00284, müəllif: prof. V.M. Quliyev). Hər bir kol 10-12 kq məhsul verir.

Məqalədə yeni sortların qısa ampeloqrafik təsviri verilmişdir.

Açar sözlər: seleksiya, üzüm sortu, biomorfologiya, aqrobiologiya, ampeloqrafiya, xromosom


Baxış: 1