Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/211-215

Fidan Hümbətli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0005-7761-3109

fidanhumbatli@bk.ru

 

Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri

 

Xülasə

 

Yeniyetməlik dövrü insan həyatında kritik bir mərhələdir və bu dövrdə baş verən sosial və psixoloji dəyişikliklərin dərk edilməsi həm yeniyetmələrin özləri, həm də onları əhatə edən ailə, müəllimlər və cəmiyyət üçün vacibdir. Məqalə bu dövrdə baş verən emosional dəyişiklikləri, sosial münasibətlərin təsirini və yeniyetmələrin psixoloji inkişaf xüsusiyyətlərini izah edərək onların problemlərini anlamağa kömək edir. Bu mövzunun araşdırılması valideynlərə və pedaqoqlara yeniyetmələrin davranışlarını düzgün qiymətləndirmək və onlara dəstək olmaq üçün vacib biliklər təqdim edir. Eyni zamanda, məqalə yeniyetmələrin özlərini daha yaxşı tanımalarına, qarşılaşdıqları çətinlikləri başa düşmələrinə və bu problemləri sağlam yollarla həll etmələrinə kömək edə bilər. Bundan əlavə, yeniyetməlik dövründə akademik təzyiqlər, sosial təsirlər və riskli davranışlara meyillilik kimi məsələlər diqqətə çatdırılır ki, bu da psixoloji sağlamlıq və sosial uyğunlaşma baxımından əhəmiyyətlidir. Bu məqalə yeniyetmələrin uğurlu və balanslı bir yetkinlik dövrünə keçid etmələri üçün onları dəstəkləyən fərdlərə və mütəxəssislərə dəyərli məlumatlar təqdim edir.

Açar sözlər: yeniyetməlik dövrü, psixoloji xüsusiyyətlər, sosial xüsusiyyətlər, mənlik və əxlaqi şüur, özünüqiymətləndirmə, yaşlılıq hissi, idrak prosesləri


Baxış: 357