DOI: https://doi.org/10.36719/2663-4619/113/184-188
Şəbnəm Abbasova
ADPU-nun Ağcabədi filialı
https://orcid.org/0009-0005-0603-6340
abbasova.shabnam@hotmail.com
Yuxunun fizioloji mexanizmi
Xülasə
Yuxu ali heyvanların orqanizmi üçün mütləq lazım olan prosesdir. İnsan ömrünün üçdə birini, dövrü olaraq müşahidə olunan yuxuda keçirir. Orta hesabla yetmiş beş illik ömrün təxminən iyirmi beş ilini əhatə edən yuxu beynin müntəzəm fəaliyyəti üçün olduqca vacibdir. Məlumdur ki, uzun müddətli yuxusuzluq fiziki və qavrama qabiliyyətinin zəifləməsinə səbəb olur ki, bu da ölümə gətirib çıxara bilər.
Yuxunun ən daimi və ciddi büruzəsi sinir sistemi fəallığının, xüsüsən baş beyin qabığının fəallığının zəifləməsidir: düşüncənin dayandırılması, əzələ tonusunun zəifləməsi və hissiyyat növlərinin hamısının sönməsi də yuxunun atributlarıdır.
Açar sözlər: yuxunun fiziologiyası, ləng yuxu və tez yuxu fazaları, NonREM və REM yuxusu, paradoksal yuxu, yuxunun mərhələləri