Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/130-133

Aytən Balayeva

ADİU-nun Zaqatala filialı

https://orcid.org/0009-0003-2266-6487

chingiz09_@mail.ru

 

Zaqatala filialında ingilis dilinin tədrisində hansı müasir

metodlardan istifadə etmək olar?

 

Xülasə

 

Məqalədə müasir dövrdə dünyaya inteqrasiya etmək, dünyagörüşünü formalaşdırmaq, müxtəlif ölkələrin mədəniyyətinə yiyələnmək və ətrafını genişləndirmək üçün bir və ya bir neçə xarici dil bilmək bacarığının zəruri məsələlərdən olduğu vurğulanır və xüsusən də ingilis dilinin tədrisində istifadə olunan innovativ metodlardan bəhs edilir. Bu dili öyrənənlərin ehtiyac və tələbatlarının köklü dərəcədə dəyişməsinə təsir edən əsas faktorlardan biri ingilis dilinin beynəlxalq aləmdə rolunun olduqca artmasıdır. Bildiyimiz kimi, indi ingilis dilini mənimsəyən insanların böyük bir qismi bu dildən ünsiyyət vasitəsi kimi istifadə etmək qabiliyyətinə malik olmağı qarşılarına əsas məqsəd kimi qoyurlar. Qlobal ünsiyyət vasitəsi olması onun kommunikativ formada aşılanmasını tələb edir və hazırda ingilis dilindən qısa müddətdə səmərəli şəkildə istifadə etmək bacarığı diqqət mərkəzində saxlanılır. Onu da vurğulamaq lazımdır ki, inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya prosesində olan respublikamızda xarici dillərin, o cümlədən də ingilis dilinin tədrisində vacib islahatlar aparılır. Bu islahatlar əsasən təhsilin məzmunu, forması, dillərin öyrədilməsində istifadə olunan təlim metodları, tələbə-müəllim əlaqələri, dərs prosesində müəllimin və şagirdin rolu və digər sahələri əhatə edir, məqalədə bu kimi məsələlərdən bəhs edilir.

Açar sözlər: təlim prosesi, mənimsəmək, xarici dilin tədrisi, nitq vərdişləri, müasir təlim metodları


Baxış: 60