Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Zərbə nöqtələri sıxlığının zamandan asılılıq prinsipləri

 

Səltənət Veysova1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Sənan Əmirov2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə məhdud sayda atış nəticəsində zərbə nöqtələrinin – təsadüfi kəmiyyətin qrafiki və analitik formada verilmiş paylanma qanununa əsasən onun mümkün qiymətlərinin təyini və verilmiş intervala düşmə ehtimalı məsələsinə baxılmışdır. Fasiləsiz atışda zərbə nöqtələri sıxlığının zamandan asılılıq prinsipini riyazi olaraq təhlil edərək, uyğun təsadüfi kəmiyyətin orijinal paylanma və sıxlıq funksiyalarının surətləri tapılmışdır. Qrafiki üsulla verilmiş təsadüfi kəmiyyətin paylanma funksiyasının araşdırılması məqsədilə Laplas çevirməsinin əsas şərtlərini ödəyən müntəzəm və eksponensial paylanma qanununa baxılmışdır. Müntəzəm qanunla paylanan təsadüfi kəmiyyətin paylanma sıxlığının zamanın müxtəlif anlarına uyğun sıçrayışlı qiymətlərində analitik ifadə olunabilmə qanunauyğunluğu göstərilmişdir. Bu uyğunluqdan istifadə edərək paylanma sıxlığının verilmiş zaman anında sıçrayışlı qiymətlərinə uyğun paylanma funksiyası tapılmışdır. Atəş səpilməsinin qrafiki formasına əsasən təyin olunan paylanma sıxlığının analitik formasının təsadüfi kəmiyyətin müntəzəm paylanma qanununa analoji olması müəyyən olunmuş və onun Hevisayd funksiyası ilə ifadəsi qurularaq Laplas çevirməsi tapılmışdır. Göstərilmışdir ki, eksponensial və müntəzəm qanuna tabe olan atəş səpilməsinin Laplas çevirməsi zamanın müəyyən anında gecikmə prosesini daha dolğun əks etdirir.

 

Açar sözlər: təsadüfi kəmiyyət, paylanma sıxlığı, paylanma funksiyası, müntəzəm və eksponensial paylanama, Laplas çevirməsi, orijinal, surət, Hevisayd funksiyası

 

 

 

 


Baxış: 6