https://doi.org/10.36719/2706-6185/45/81-86
Rahilə Qurbanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0008-4589-004X
rahila.qurbanova@mail.ru
Zərdüştilik təlimində mənəvi-əxlaqi dəyərlər
Xülasə
Məqalədə, Zərdüştilik təlimində olan mənəvi-əxlaqi dəyərlər araşdırılmış, xeyir və şərin davamlı mübarizəsi, bu mübarizədə insanların xeyirin, yaxşılığın tərəfini seçməsi izah olunur. Zərdüştilik təlimində insanın düzgün yaşamasına, daxili təmizliyinə, əxlaqi məsuliyyətinə, ədalətli, səxavətli, dürüst olmasına, yaxşılıq və pislik arasında düzgün seçim etməsinə xüsusi önəm verilir. Zərdüştilik yaxşılıq və pislik arasında gedən davamlı mübarizədə, insanın yaxşılıq yolunu seçməsini, pislik, yalan, şərdən uzaq olmasını göstərilir. Eyni zamanda insanlar və bütün canlılar üçün həyatın məqsədinin yaxşılıq və harmoniya yaratmaq olduğunu vurğulayır. Zərdüştilik “xeyir fikir, xeyir söz, xeyir əməl” üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil insan ideyasını irəli sürən bir təlimdir. Bu insanın özünü təkminləşdirməsini və kainatda harmoniyanı bərpa etməsini, cəmiyyətin daha ədalətli, yaxşı, ahəngdar inkişaf etməsini tövsiyə edir. Zərdüştilik təlimi insanın yüksək mənəvi-əxlaqi dəyərləri mənimsəməsini və bu dəyərləri gündəlik həyatlarına tətbiq etməsini təbliğ edir.
Açar sözlər: xeyir, şər, kamil insan, fikir, söz, əməl, dəyər, mənəvi, əxlaqi, xeyirxahlıq, həqiqət, ədalət