Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rəna Həsən qızı İsmayılova
Azərbaycan Dillər Universiteti
rena876@mail.ru

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ İNVERSİYA HADİSƏSİ
VƏ ONUN SADƏ CÜMLƏ TƏRKİBİNDƏ İFADƏSİ
Xülasə

Məqalə müxtəlifsistemli olan azərbaycan və ingilis dillərində söz sırasına və onun cümlədə ifadəsinə həsr olunmuşdur. Hər iki dildə nəqli cümlələr sabit söz sırasına malikdir. Hər bir cümlə üzvü müəyyən mövqelərdə yerləşir və söz sırasının pozulması mənanın dəyişməsinə və ya cümlədə mənanın itməsinə gətirib çıxarır. İngilis dilində cümlədə söz sırası mübtəda, xəbər, tamamlıq, zərflik ardıcıllığı üzrə formalaşır. İngilis dilində sual cümlələrinin inversiyası geniş yayılmışdır. Belə cümlələrin xüsusi intonasiyası və kommunikativ məqsədi olur.
Məlum olur ki, sözlərin sıralanması və bu xüsusda meydana çıxan inversiya hadisəsi məsələsi həmişə dilçilərin diqqət mərkəzində olmuşdur. Söz sırası mətnin təşkilində həm qrammatik, həm də üslubi funksiya daşıyır. Başqa sözlə, söz sırası həm bilavasitə əlaqələrin yaranmasında, komponentlərin bir-biri ilə qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir. Azərbaycan dilçiliyində S.Cəfərov, O.Musayev, R.Xəlilov, Ş.Yusifli, Ə.Cavadov, M.Bayramov; ingilis dilçiliyində M.Lazarkeviç, T.Koblens və başqaları bu problemlə bağlı araşdırmalar aparmışlar. Onlar belə nəticəyə gəlmişlər ki, hər bir dil hadisəsi kimi, cümlədə sözlərin sıralanması da müəyyən qanunlar əsasında baş verir. Bilirik ki, mətn cümlələr vasitəsilə reallaşır. Söhbət təkcə mətnin reallaşmasından getmir, əsas məsələ mətndəki mövzunun qavranılmasından gedir. Bununla yanaşı, mübahisəli məsələlər də mövcuddur. Bu da ondan ibarətdir ki, dildə vahid sıra sisteminin qanunauyğunluğu müəyyənləşmədiyi üçün hansı cümlənin birinci sıraya, hansı cümlənin isə çevrilmə olduğu dəqiq göstərilməmişdir, yəni araşdırma bir tərəfli aparılmışdır. Beləliklə, bir dil hadisəsi kimi sıralanmanın məzmun və mahiyyəti açılmamış, sintaktik vahidlərin sıralanmasından təcrid edilmiş şəkildə söhbət getmiş, fikrimizcə, sıra bir sistem, kateqoriya kimi nəzərdə tutulmamışdır.
Inversion phenomenon in Azerbaijani and English languages and its expression in simple sentences- mövzumun ingilis dilində adı

Açar sözlər: söz sırası, inversiya, mətn əlaqələri, sıralanma qanunları, presuppozisiya




Baxış: 2121