Arxiv
Elmi iş - 2024
Zemfira Tərlan qızı Məmmədova
Bakı Dövlət Universiteti
gunayasadova7@gmail.com
TERMİNOLOJİ SAHƏDƏ DİL SİYASƏTİ
Xülasə
Dil siyasəti anlayışı dilçilikdə hələ də tam mənası ilə müəyyənləşməmişdir. “Dil planlaşdırılması” və “dil quruculuğu” terminlərindən istifadə edən dilçilər, “dil siyasəti” termininin adətən, dilə məqsədli və düşünülmüş təsirini nəzərdə tutaraq daha uyğun olduğunu irəli sürürlər. Sosium dil sisteminə qeyri-iradi və məqsədli təsir edə bilər. Cəmiyyətin dilə məqsədli təsiri müxtəlif xarakterli ola bilər və bu dil siyasəti adlanır. Sosial amillərin öz növbəsində, hər hansı bir şəkildə təzahürü dilə qlobal və yerli təsir edə bilər. Bu barədə aparılan araşdırmalar sosial amillərin dilin daxili qanunları ilə sıx bağlı olduğunu müəyyən etmişdir.
Cəmiyyətin və ya dövlətin dil sisteminə birbaşa təsirinə dair tarixdə çoxlu nümunələr vardır ki, onlardan biri də yeni dövlət yaradılarkən bu və ya digər dilin dövlət üçün rəsmi dövlət dili kimi qəbul edilməsidir. Bu fəaliyyətin dil siyasəti kimi adlandırılması irəli sürülmüşdür. Dil siyasəti tarixdən də qəbul olunduğu kimi, bir çox istiqamətlərdə aparıla bilər. “Dil siyasəti – əslində, kifayət qədər mürəkkəb struktura malik hadisədir; hər şeydən əvvəl ona görə ki, burada dilin təbii imkanları, tarixi situasiya və subyektiv maraqlar, yaxud iddialar qarşılaşır. Yəni bu və ya digər dil siyasəti konkret bir dilin mövqeyindən mövcud beynəlxalq, sosial-siyasi şərait nəzərə alınmaqla aparılır.
Açar sözlər: dil siyasəti, sosium, dilin təbii imkanları, qlobal və yerli təsir
Baxış: 818