Arxiv
Təbiət və elm 2024
Səbinə Vahid qızı Ramazamova
Bakı Slavyan Universiteti
müəllimə
sebine.ramazanova.72@mail.ru
Ülkər Əlisəfa qızı Məmmədova
Bakı Slavyan Universiteti
müəllimə
Quliyeva Nuranə Adil qızı
Bakı Slavyan Universiteti
müəllimə
DİSFUNKSİONAL UŞAQLIQ QANAXMALARININ DİFFERESASİYASI
Xülasə
Uşaqlıq qanaxmaları menstruasiya ilə müqayisədə uzun müddətli olması, qan itkisinin həcmi və qatılığı ilə fərqlənən anormal ifrazatlardır. Uşaqlıq qanaxmaları follikulların persistensiyası və atreziyası fonunda əmələ gəlir. Bu zaman estrogenlərin sabit, monoton ifrazı təmin edilir. Yəni, ovulyasiya olmur, sarı cism əmələ gəlmir, estrogenlərin uzun müddətli təsiri nəticəsində isə endometriyada hədsiz miqdarda proliferasiya baş verir. Bu da endometriyanın ayrıca hissələrə bölünməsinə səbəb olur və qanaxmaların müddəti uzanır. Qadının həyatının müxtəlif yaş dövrlərində anormal uşaqlıq qanaxmalarının diaqnostik meyarları, müasir müayinə üsulları haqqında biliklər vaxtında diaqnoz qoymağa və müvafiq müalicəyə imkan verir.
Açar sözlər: uşaqlıq, qanaxam, menstruasiya, qan itkisi, yaş dövrləri, diaqnostika, müalicə
Baxış: 673