Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sevinc Şöhrəddin qızı Qarayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
assistent
qarayevasevinc705@gmail.com

AQRAR SAHƏNİN İNVESTİSİYA CƏLBEDİCİLİYİNİN
 YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ
Xülasə
Qloballaşma prosesinin intensiv xarakter aldığı müasir dövrdə milli iqtisadiyyatların təhlükə-sizliyinin təmin edilməsi istiqamətində labüd tədbirlərin həyata keçirilməsi zərurətə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin mövcud səviyyəsi hər bir ölkədə istehsal sahələrinin rəqabətədavamlığının yüksəldilməsini, iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasını şərtləndirir. Bu aspektdə yüksək istehsal potensialına malik olan və eyni zamanda strateji əhəmiyyət daşıyan aqrar sektorun yüksəlişi Azərbaycan iqtisadiyyatının hazırki inkişaf mərhələsində xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, aqrar sahənin spesifik xüsusiyyətləri onun digər sahələrlə müqayisədə investisiya cəlbediciliyini aşağı olmasına zəmin yaradır. Hazırda aqrar sahənin investisiyalaşdırılmasında əsas meyar məhsul istehsalının artırılması, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi və məhsul vahidinin maya dəyərinin aşağı salınması hesab edilir. Odur ki, aqrar sahədə investisiya fəaliyyətinin məqsədli şəkildə həyata keçirilməsi yüksək iqtisadi göstəricilərə nail olunmasına istiqamətlənir. Aqrar sahənin investisiya cəlbediciliyinin yüksəldilməsi zamanı, əsas məqsəd regionların resurs potensialından optimal səviyyədə istifadə olunması, ÜDM istehsalında iqtisadiyyatın bütün sahələri üzrə inkişafın təmin olunması və ən əsası kəndin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədini güdür. Hesab edirik ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət, yaxın gələcəkdə aqrar sahənin istehsal göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlişinə təkan verəcəkdir.
Açar sözlər: kənd təsərrüfatı, investisiya, maliyyə siyasəti, iqtisadi konyuktura, qloballaşma

Directions for Increasing the Investment Attractiveness of The Agricultural Sector
Summary
In the current period of intensive globalization, it is necessary to take necessary measures to ensure the security of national economies. The current level of the system of international relations contributes to increasing the competitiveness of industries in each country, ensuring the diversification of the economy. In this regard, the growth of the agricultural sector, which has a high production potential and is also of strategic importance, is of particular importance at the current stage of development of the Azerbaijani economy. It is known that the specific features of the agricultural sector make it less attractive for investment than other sectors. At present, the main criteria for investing in the agricultural sector are to increase production, improve the quality of products and reduce the unit cost of production. Therefore, the targeted implementation of investment activities in the agricultural sector is aimed at achieving high economic performance. In order to increase the investment attractiveness of the agricultural sector, the main goal is to make optimal use of the resource potential of the regions, to ensure the development of GDP in all sectors of the economy and, most importantly, to improve the social situation in rural areas. We believe that the economic policy pursued by the state for the development of agriculture in Azerbaijan will give impetus to a significant increase in agricultural production in the near future.
Key words: agriculture, investment, financial policy, economic situation, globalization




Baxış: 983