Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Nurlan Zakir oğlu Şükürov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
Nurlancreus007@gmail.com

BANK MƏHSULLARININ VƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİ
Xülasə
Müasir bazar iqtisadiyyatı şəraitində bankların fəaliyyəti və banklar vasitəsilə əhaliyə təqdim olunan məhsullar və xidmətlər öz aktuallığını artırır. Aydın məsələdir ki, müştəri qismində çıxış edən fiziki və hüquqi şəxslər öz tələbatlarını təmin etmək məqsədilə bank məhsullarını əldə etməyə cəhd edirlər. Bu səbəbdən də hər bir müştəri banka müraciət etməmişdən daha öncə ona lazım olan bank məhsulu haqqında məlumat toplamağa başlayır. Belə olan təqdirdə isə banklar öz məhsulları haqqında olan bütün informasiyaları ictimaiyyətə açıq formada paylaşmalıdırlar ki, əhalinin ayrı-ayrı kütlələri bank məhsulları ilə əlaqədar bütün informasiyaları tam şəkildə əldə edə bilsinlər. Tədqiqat işinin əsas məqsədi bank məhsullarının mahiyyəti, eləcə da bank məhsul və xidmətlərinin keyfiyyətinin tədqiq olunmasıdır.
Açar sözlər: bank, bank məhsulu, kredit kartlar

Nurlan Zakir Shukurov
Quality of banking products and services
Abstract
In a modern market economy, the activities of banks and the products and services provided to the population through banks are becoming increasingly important. It is clear that individuals and legal entities acting as customers try to obtain banking products to meet their needs. For this reason, each customer begins to gather information about the banking product he needs before applying to the bank. In this case, banks should share all information about their products in an open manner so that certain sections of the population have full access to all information related to banking products. The main purpose of the research is to study the essence of banking products, as well as the quality of banking products and services.
Key words: bank, banking product, credit cards





Baxış: 1018