Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Yasin Qaibqulu oğlu Gözəlov
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
gozelov.yasin@mail.ru
Mübariz İslam oğlu Əliyev
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
mubariz.eliyev1957@mail.ru
Mahirə Qəzənfər qızı Qurbanova
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
qurbanovamahire1971@mail.ru
Leyla Arif qızı Ələkbərova
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
arifalakbarov@bk.ru

YERLİ QARAMALIN VƏ YERLİ X SİMMENTAL MƏLƏZLƏRİNİN
MƏHSULDARLIQ GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
Xülasə
Əhalinin heyvandarlıq məhsullarının xüsusən də, mal ətinə olan tələbatının ödəmək məqsədi ilə Respublikamızda xeyli işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli məhsuldar qaramal cinsləri Holşteyn-friz, Şvis, Simmental, Aberdin-Anqus, Hollavey, Şarole və kimi cinsləri gətirilir və yetişdirilir.
İnkişaf etmiş cəmiyyətlərdə olduğu kimi, Respublikamızda kənd təsərrüfatı sahələrində o cümlədən, iri buynuzlu maldarlıq sahəsində məhsul istehsalı elmi-texniki tərəqqinin müasir tələblərə uyğun şəkildə yəni, intensiv əsaslarla həyata keçirilir.
Heyvandarlığın intensiv üsullarla inkişaf etdirilməsi, bu sahədə çalışan alim və mütəxəssislər qarşısında duran ən vacib bir məsələdir. Çünki əhalinin ən vacib və keyfiyyətli zülalı olan ət, süd və digər bu kimi ərzaq məhsulları məhz heyvandarlıq sahəsində əldə edilir. Ona görə də Azərbaycan xalqını kifayət qədər ekoloji baxımdan təmiz heyvandarlıq məhsulları ilə təmin etmək üçün elmi araşdırmalara böyük ehtiyac var. Bu məqsədlə müxtəlif yetişdirilmə metodlarından istifadə olunur.
Nəzərə alsaq ki, xarici ölkələrdən məhsuldar cins inəklərin gətirilməsi uzun müddət davam edə bilməz, ona görə ki, xaricdən gətirilmiş cinslərin Respublika ərazisində uyğunlaşma qabiliyyəti nisbətən aşağı olduğu üçün həmin heyvanlar müəyyən fəsadlarla rastlaşırlar. Bu isə onların iqtisadi səmərəliliyini aşağı salır. Ona görə də Respublikamızda mövcud olan yerli cinslərin məhsuldarlıq göstəricilərinin artırılması və cins tərkibinin yaxşılaşdırılması üçün dünya təcrübəsində sınaqdan keçirilmiş biotexnoloji üsullardan istifadə etmək məqsədə uyğun hesab edilir. 
Açar sözlər: mələzlər, süd məhsuldarlığı, tez yetişkən, cins tərkibini yaxşılaşdırması, intensiv saxlanma, yeni tip, törədicilərin toxumu

Yasin Gozalov Gaibgulu
Mubariz Aliyev Islam
Mahira Gurbanova Gazanfar
Leyla Alakbarova Arif

Comparative study of productivity indicators of local cattle and Local X simental hybrids
Abstract
lot of work is being done in the country to meet the needs of the population in livestock products, especially beef. For this purpose, productive breeds of beef and dairy cattle such as Holstein-Friesian, Swiss, Simmental, Aberdeen-Angus, Hollaway, Charolais and Limousine are imported and bred.
Intensive livestock development is one of the most important issues facing scientists and specialists working in this field. Because meat, milk, eggs and other such food products, which are the most important and high-quality protein for the population, are obtained in the field of animal husbandry. Therefore, there is a great need for scientific research to provide the people of Azerbaijan with environmentally friendly livestock products. Different options are used for this purpose. 
As in developed societies, the production of agricultural products in the Republic, including in the field of cattle breeding, is carried out in accordance with the modern requirements of scientific and technological progress, ie on an intensive basis.
Given that the import of productive breeds of cows from abroad cannot last long, because the ability of imported breeds to adapt to the territory of the republic is relatively low, these animals face certain complications. This reduces their economic efficiency.
Therefore, it is considered expedient to use biotechnological methods tested in world practice to increase the productivity of local breeds and improve the sex composition existing in our country.
Key words: rituals, milk productivity, quickly maturing, improving the composition of the breed, intensive care, new type, the seed of the perpetrators




Baxış: 496