Arxiv
Elmi iş - 2024
Zərəfşan Babakərim qızı Azayeva
Bakı Slavyan Universiteti
azayevazarafshan@gmail.com
Turac Cəlaləddin qızı Əhmədova
Bakı Slavyan Universiteti
ahmadova.t10@mail.ru
Teyyubə Məzahim qızı Abışova
Bakı Slavyan Universiteti
teyyibeabisova@gmail.com
Leyla Elxan qızı Bayramova
Bakı Slavyan Universiteti
ataiwiyevaleyla94@gmail.com
DİDAKTİK OYUNLARIN TƏLİMDƏ ROLU VƏ ƏHƏMİYYƏTİ
Xülasə
Təlimə yeni başlayan uşaqlar üçün oyun xüsusi əhəmiyyəti ilə seçilir. Onların təlimə cəlb edilməsi o qədər də asan məsələ deyil. İbtidai siniflərdə riyaziyyat təlimi zamanı şagirdlərin tez yorulması, dərsə marağının azalması halları tez-tez müşahidə olunur. Buna görə də riyaziyyat dərslərinin tədrisi zamanı uşaqların dərsə etinasız halda yanaşması halları müşahidə edilir. Bu cür halların qarşısını almaqda ən yaxşı üsul elə onların zəif nöqtəsi olan oyundan istifadə etməkdir. Belə ki, təlimə oyun elementləri − yarış, əyləncə daxil etməklə dərsi onların marağı istiqamətində formalaşdırmaq olar.
Açar sözlər: didaktik oyun, fəza təsəvvürləri, məktəbəqədər təhsil, ölçü, oyun, uşaq
Zarafshan Babakarim Azayeva
Turaj Jalaladdin Ahmadova
Teyyuba Mazahim Abishova
Leyla Elkhan Bayramova
The role and significance of didactic games in education
Abstract
For children who have just started training, the game is distinguished by its special importance. It is not so easy to involve them in training. During mathematics training in primary classes, it is often observed that students get tired quickly and lose interest in the lesson. Therefore, cases of children's neglectful approach to the lesson are observed during the teaching of mathematics lessons. The best way to avoid such situations is to use the game that is their weak point. Thus, by including game elements − competition, entertainment the lesson can be shaped according to their interest.
Key words: didactic game, spatial concepts, preschool education, size, game, child
Baxış: 801