Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sümeyra Hüseyin qızı Avcı
Bakı Dövlət Universiteti
doktorant
sumeyra.awci07@gmail.com

OYUNLAR ZAMANI KƏKƏLƏYƏN UŞAQLARIN NİTQİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ  

Xülasə
Oyunlar zamanı kəkələyən uşaqların nitqinin inkişaf istiqamətləri və xüsusiyyətləri müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşağın nitqi böyüklərin təsiri, onlarla ünsiyyət prosesində formalaşır. Ünsiyyət prosesində uşaqda həm idraki, həm də əşya fəaliyyəti inkişaf edir. Nitqə yiyələnməklə uşağın psixikası yenidən qurulur, bu da ona ətraf aləmi şüurlu və iradi qavramağa imkan verir. Nitq inkişafının ən mühüm mərhələsi məktəbəqədər yaşın sonu hesab edilir. Bu mərhələdə uşaqlarda situativ nitqin rolu azalır, fikrin ifadəsi müsahibinə yönəlmiş şərhedici nitq və suallara ətraflı və ardıcıl cavab vermək istəyinin inkişafı ilə əvəz olunur. Bunun əsasında nitqin intellektual inkişafı başlanır, müsbət şəraitdə və düzgün nitq tərbiyəsi alan uşaq gələcəkdə savad təlimi üçün çox vacib olan nitq vərdişlərindən şüurlu istifadə bacarığına malik olur.
Açar sözlər: kəkələmə, nitq, kiçik motorika, loqoritmik məşğələ, qıcolma

Sumeyra Huseyin Avji

 Development directions and features of speech of children who stutter during games 
Abstract
Abstract Development directions and features of the speech of stuttering children during games have been determined. The speech of a young child is formed under the influence of adults and in the process of communication with them. In the process of communication, the child develops both cognitive and physical activity. By mastering speech, the child's psyche is rebuilt, which allows him to perceive the world around him consciously and willingly. The end of preschool age is considered the most important stage of speech development. At this stage, the role of situational speech in children is reduced, the expression of opinion is replaced by interpretive speech aimed at the interviewer and the development of the desire to answer questions in detail and consistently. Based on this, the intellectual development of speech begins, a child who receives proper speech education under positive conditions has the ability to consciously use speech habits, which is very important for literacy training in the future.
Key words: stuttering, speech, motor skills, logarithmic training, convulsions


Baxış: 562