Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/87/83-88

Ülviyyə Rasim qızı Şahmalıyeva

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

dr.ulviya@mail.ru


UŞAQLIQ MİOMASI OLAN XƏSTƏLƏRİN KLİNİK-ANAMNESTİK XARAKTERİSTİKASI


Xülasə

Uşaqlıq miomasının klinik simptomlarının müxtəlifliyini nəzərə alaraq, məqalədə qadınların klinik-anamnestik xarakteristikasının təhlili edilməsi qarşıya məqsəd qoyulmuşdur. Tədqiqat işi 2019-2022-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun bazasında aparılmışdır. Tədqiqata müxtəlif ölçüdə və formada uşaqlıq mioması olan 200 xəstə daxil edilmişdir. I qrupa (n=50) uşaqlıq moması üzrə xərrahi müalicə aparılmış xəstələr, II qrupa (n=50) maqnitləşdirilmiş su, III qrupa (n=50) seolit tərkibli preparatla müalicə, IV qrupa isə (n=50) hormonal müalicə alan xəstələr daxil edilmişdir. Xəstələrin qruplar üzrə yaş həddi belə olmuşdur: I qrup − 35,28±6,15, II qrup − 36,24±4,62, III qrup − 37,94±5,84, IV qrup − 36,86±4,22 yaş. Beləliklə, aparılan tədqiqatdan məlum olur ki, uşaqlıq mioması olan qadınların daha çox hissəsi mərkəzdən kənar rayonlarda yaşamış olmuş, onlar arasında çalışmayan qadınların sayı üstünlük təşkil etmişdir. Başqa sözlə, qadınların hər hansı bir əməklə məşğul olub-olmamasının onda uşaqlıq miomasının inkişafında nəzərəçarpan rol oynamamışdır. 

Miomalı qadınlar arasında ümumi zəiflik, ürək bulanması, ağrı, taxikardiya, dizurik simptom və təngnəfəslik yüksək tezliklə aşkar edilmişdir. Bununla yanaşı, qadınlarda xəstəliyin davametmə müddəti kifayət qədər uzun olmuşdur: 6 yaş − 2 il arasında davametmə müddəti qeydə alınmışdır. 

Açar sözlər: uşaqlıq mioması, yaş, şikayətlər, miomanın ölçüsü, hamiləlik


Ulviyya Rasim Shahmaliyeva

Scientific Research Institute of Obstetrics and Gynecology

dr.ulviya@mail.ru


Clinical and anamnestic characteristics of patients with uterine myoma


Abstract

Given the variety of clinical symptoms of uterine fibroids, the task was to analyze the clinical and anamnestic characteristics of women. Research work was carried out on the basis of the Research Institute of Obstetrics and Gynecology during 2019-2022. The study included 200 patients with uterine fibroids of various sizes and shapes. Group I (n=50) included patients who underwent surgical treatment of uterine fibroids, group II (n=50) − treated with magnetic water, group III (n=50) − zeolite-containing drug, group IV (n=50 ) received hormonal treatment. patients in the age groups were divided as follows: group I − 35.28±6.15, group II − 36.24±4.62, group III − 37.94±5.84, group IV − 36.86± 4.22 years. Thus, it is known from the study that the majority of women with uterine fibroids lived in regions outside the center, and the number of non-working women prevailed among them. In other words, the employment of a woman in any work did not play a significant role in the development of uterine fibroids. In women with fibroids, general weakness, nausea, pain, tachycardia, dysuric syndrome, and increased respiration were revealed. in addition, the duration of the disease in women was quite long. Recorded duration from 6 months to 2 years.

Keywords: uterine fibroids, age, complaints, fibroid size, pregnancy



Baxış: 309