Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/29/22-27

Leylabəyim Mirməmməd qızı Seyidova

Naxçıvan Dövlət Universiteti

dissertant

leylaseyidova2012@gmail.com


NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ

ENTODİNİMORPHA DƏSTƏSİNƏ AİD OLAN NÖVLƏRİN FAUNASI VƏ EKOLOGİYASININ ÖYRƏNİLMƏSİ


Xülasə

Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində entodinimorpha dəstəsinə aid olan infuzorlar öyrənilmişdir. Tədqiqat obyekti  gövşəyən heyvanlardan qoyunlar olmuşdur. Mütəmadi olaraq qoyunlarda tədqiqat aparılaraq infuzor növlərinin təsir xüsusiyyətləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, faunasız gövşəyənlərlə müqayisədə kirpikli protozoaların olması ruminal qıcqırmanın daha sabit olmasına, ammonyakın yüksək səviyyəsinə, bakteriyaların sayının azalmasına, həmçinin quru maddənin (%), mayenin həcminin və ruminal tərkibinin dövriyyə sürətinin dəyişməsinə səbəb olur.

Açar sözlər: entodinimorph, rumen mayesi, infuzor, avtoklav, növ


Leylabayim Mirmammad Seyidova

Nakhchivan State University

dissertatist

leylaseyidova2012@gmail.com


Study of fauna and ecology of species belonging to entodynimorpha in the territory

of the Nakhchivan Autonomous Republic


Abstract

In the article, the infusors belonging to the order of Entodinimorpha were studied in the territory of the Nakhchivan Autonomous Republic. The research object was sheep from ruminant animals. The effects of infusor species have been regularly studied in sheep. It has been determined that the presence of ciliated protozoa leads to a more stable ruminal fermentation, a high level of ammonia, a decrease in the number of bacteria, as well as the change in the turnover rate of dry matter (%), liquid volume and it causes ruminal content, compared to ruminants without fauna. 

Keywords: entodinimorph, rumen fluid, infusor, autoclave, species


Baxış: 401