DOI: https://doi.org/10.36719/2663-4619/88/33-40
Mahirə Quliyeva
Azərbaycan Milli Konservatoriyası
doktorant
mahireguliyeva@mail.ru
KLARNETİN TARİXİ İNKİŞAFI VƏ ƏLƏKBƏR ƏSGƏROVUN
ALƏT ÜZƏRİNDƏ ETDİYİ YENİLİKLƏR
Xülasə
Bu məqalədə Avropa mənşəli klarnet alətinin yaranma və inkişaf tarixi, eləcə də Azərbaycana gətirilməsi dövrü nəzərdən keçiriləcək. Burada, Azərbaycan nəfəs çalğı alətlərinin virtuoz və yenilikçi ifaçısı, rəqs melodiyaları və muğam rənglərinin bəstəkarı, xalqın görkəmli nümayəndəsi Ələkbər Əsgərovun düzəltdiyi klarnet və üzərində etdiyi innovativ dəyişikliklər təqdim olunacaq. Bundan başqa, Azərbaycanın sevilən bəstəkarı, pianoçu və cazmen Rafiq Babayevin qəzetdə yayımlanan xatirələri, həmçinin xalq artistləri – Əlibaba Məmmədov, Nəriman Əzimov və Siyavuş Kəriminin YouTube səhifəsində yerləşdirilən ustad haqqında video çıxışları dipnot yazılarında təqdim olunacaq.
Ələkbər Əsgərov – balaban, zurna, tütək və ney kimi milli alətlərimizin çalğı imkanlarını mükəmməl bildiyinə görə, Avropa aləti sayılan klarnet üzərində dəyişikliklər etmiş və yeni çalğı sistemi yaratmışdır. Beləliklə, o, özünəməxsus klarnetin fəqli tembr səslənməsinə nail olmuşdur. Ə.Əsgərovun klarnet alətindəki çalğıları bir çox sənətkarların ifalarından elə bu səbəbdən seçilir. Özünəməxsus ifaçılıq məktəbi yaradan sənətkar çalğı üslubuna görə musiqiçilər tərəfindən “Ələkbər Əsgərov yolu” adına layiq görülmüşdür.
Ələkbər Əsgərov, milli alətlərimiz – balaban, zurna, ney və tütəyin texniki və çalğı xüsusiyyətlərini mükəmməl bilirdi. Ə.Əsgərovun milli nəfəs çalğı alətlərimizin ifaçılıq xüsusiyyətlərini dərin bilikləri klarnetdə yeni çalğı imkanlarını yaratmağa əsas yaratmışdır. Ustad öz klarnetini düzəldərək alətin gövdəsinin və klapanlarının uzunluqlarını nəzərəçarparaq dəyişdirmişdir. Ə.Əsgərov “As” sistemində düzəltiyi klarnet Avropanın “A” və “B” sistemli klarnetlərindən səs tembri və uzunluq ölçülərinə görə fərqlənir.
Məqalədə yer alan fotoşəkillər Ələkbər Əsgərovun orijinal alətlərindən çəkilib. Üç alət növü “A” (alman), “B” (fransız) və “As” (Ə.Əsgərovun) klarnet nümunələri qarşı-qarşıya qoyularaq çəkilib.
Açar sözlər: Azərbaycan, Ələkbər Əsgərov, klarnet, Avropa, inkişaf, ifaçı, innovasiya
Mahira Guliyeva
Azerbaijan National Conservatory
Ph.D student
The history of the creation of the clarinet and innovations made on the
instrument by Alakbar Asgarov
Abstract
This article will consider the history of the origin and development of the European clarinet instrument, as well as its distribution in Azerbaijan. Innovative works on the creation and development of the clarinet by the outstanding representative and innovator Alakbar Asgarov, who is one of the virtuoso wind instrument performers in Azerbaijan, will also be presented. In addition, A.Asgarov is the creator of dance melodies and mugham rengs for wind instruments. The memoirs of the outstanding composer, jazzman and pianist Rafik Babayev about Alakbar Asgarov will also be presented here, as well as video links to YouTube with interviews of people`s artists of Azerbaijan such as Alibaba Mammadov, Nariman Azimov and Siyavush Kerimi.
A.Asgarov perfectly mastered the clarinet and knew the technical and musical capabilities of national wind instruments such as balaban, zurna (surna), ney (nay) and tutek. It was the deep knowledge of the performing capabilities of the folk wind instruments of Azerbaijan that made it possible to create his own clarinet and make changes to the development of performing qualities on this instrument. The changes introduced by Asgarov when creating his clarinet were noticeably reflected in the sound and size of all the components of the instrument.
The clarinet of the «As» system made by Asgarov will be presented in comparison with European instruments of the German «A» and French «B» systems. All photos are taken from original instruments owned by Alakbar Asgarov.
Keywords: Azerbaijan, Alakbar Asgarov, clarinet, Europe, development, performer, innovation