DOI: https://doi.org/10.36719/2663-4619/88/46-51
Sama Ahmadova
Baku State University
master student
THE ETHICS OF PERSONAL DATA COLLECTION AND USE
Abstract
In the digital age, personal information is collected and used in a variety of ways. With the growth of social media, the rise of e-commerce users, and the expansion of the use of Internet of Things (IoT) technology, more personal data is being stored and shared online. Although this data is quite necessary and important for businesses and organizations, it raises ethical concerns about confidentiality, consent and transparency when processing personal data. In this article, the current practice is analyzed based on international and local legislation, the ethics of collecting and using personal data is examined, and the impact of this trend on individuals and society as a whole is considered.
Keywords: personal data, collection of personal information, data protection, use of personal information, ethics, privacy, consent, transparency
Səma Əhmədova
Bakı Dövlət Universiteti
magistrant
Fərdi məlumatların toplanması və istifadəsi etikası
Xülasə
Rəqəmsal əsrdə fərdi məlumatlar müxtəlif yollarla toplanır və istifadə olunur. Sosial medianın inkişafı, elektron ticarətin istifadəçilərinin artması və Əşyaların İnterneti (IoT) texnologiyasından istifadənin genişlənməsi ilə fərdi məlumatlar daha çox onlayn olaraq saxlanılır və paylaşılır. Bu məlumatlar biznes və təşkilatlar üçün kifayət qədər lazımlı və vacib olsa da, fərdi məlumatların işlənilməsi zamanı konfidensiallıq, razılıq və şəffaflıqla bağlı etik narahatlıqları artırır. Bu məqalədə beynəlxalq və yerli qanunvericilik əsasında mövcud praktika təhlil olunaraq fərdi məlumatların toplanması və istifadəsi etikası araşdırılmış, bu tendensiyanın fərdlərə və bütövlükdə cəmiyyətə təsiri nəzərdən keçirilmişdir.
Açar sözlər: fərdi məlumatlar, fərdi məlumatların toplanması, fərdi məlumatların mühafizəsi, fərdi məlumatların istifadəsi, etika, məxfilik, razılıq, şəffaflıq