Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/30/25-33

Aliyə Rzayeva

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təbii Ehtiyatlar İnstitutu

kimya üzrə fəlsəfə doktoru

aliye.rzaeva@mail.ru

Sevda Əliyeva

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təbii Ehtiyatlar İnstitutu

dissertant

sevda.aliyeva2022@mail.ru


Sb2S5 – CuCl – H2O SİSTEMİNDƏN MİS(I) TİOSTİBİATIN ALINMASI

ŞƏRAİTİNİN ARAŞDIRILMASI


Xülasə

İşdə sürmə(V) sulfidlə mis(I) xloridin qarşılıqlı təsirindən mis(I) tiostibiatın məhlulda alınması şəraiti verilmişdir. Sürmə(V) sulfid natrium tiostibiat birləşməsindən alınmışdır. Natrium tiostibiat isə Darıdağ sürmə filizindən alınmış sürmə(III) sulfiddən sintez edilmişdir. Mis(I) tiostibiatın alınmasının reaksiya tənliyi tərtib edilmiş və termodinamik parametrtləri hesablanmış, sıxlığı təyin olunmuşdur(dTl3SbS4 = 3.94 q/sm3). Nümunənin termoqravimetrik, rentgen faza, tərkib və kimyəvi analizləri aparılmış, müxtəlif qatılıqlı mineral həlledicilərə qarşı münasibəti öyrənilmişdir. Təcrübələrdə müəyyən edilmişdir ki, prosesin gedişi zamanı reaksiya üçün götürülmüş 8 hissə sürmənin 5 hisəsi birləşmənin tərkibinə daxil olur, 3 hissəsi isə məhlula keçir.

Açar sözlər: sürmə(V) sulfid, mis, xlorid, tiostibiat, rentgen faza, sıxlıq


Aliya Rzayeva 

Ministry of Science and Education of the Republic of Azerbaijan 

Institute of Natural Resources 

Ph.D in Chemistry

aliye.rzaeva@mail.ru

Sevda Aliyeva

Ministry of Science and Education of the Republic of Azerbaijan 

Institute of Natural Resources 

dissertatist

sevda.aliyeva2022@mail.ru


Investigation of the condition for obtaining copper (I) thiostibiate from the

Sb2S5 –CuCl–H2O system


Abstract

Here, the conditions for obtaining copper (I) thiostibiate in solution from the interaction of antimony (V) sulfide and copper (I) chloride were given. Antimony (V) sulfide was derived from sodium thiostibiate compound. Sodium thiostibiate was synthesized from antimony (III) sulfide obtained from Daridagh antimony ore. The reaction equation for obtaining copper (I) thiostibiate was compiled and thermodynamic parameters were calculated, the density was determined (dTl3SbS4 = 3.94 g/cm3). Thermogravimetric, X-ray phase, compositional and chemical analyzes of the sample were carried out, and its relation to mineral solvents of different concentrations was studied. In the experiments, it was determined that during the course of the process, 5 parts of the 8 parts of antimony taken for the reaction interact with the compound, and 3 parts go into the solution.

Keywords: antimony (V) sulfide, copper, chloride, thiostibiate, X-ray phase, density


Baxış: 351