Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/31/7-13

Təvəkkül İsgəndərov 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu

biologiya üzrə fəlsəfə doktoru 

iskenderov52m@mail.ru

UOT 598.115.33


KOMPLEKS ÜSULLA SÜNİ SAXLANMA ŞƏRAİTİNDƏ

LEVANTİN GÜRZƏSİNİN (MACROVİPERA LEBETİNA OBTUSA LİNNEAUS, 1758) İSTİSMAR MÜDDƏTİ VƏ REPRODUKTİV FƏALİYYƏTİ


Xülasə

TədqiqatLevantin gürzəsinin ilan zəhəri istehsalı məqsədilə süni saxlanma şəraitində fəal yaşama və istismar müddətini artırmaq, reproduktiv fəaliyyətini bərpa etmək üçün aparılmışdır. Gürzələrin süni şəraitdə saxlanması və istimarı təcrübi olaraq müvəqqəti qışlama rejimi və kompleks saxlanma üsulları (açıq volyer və qapalı terrarium) tətbiq etməklə həyata keçirilmişdir. Təcrübə göstərdi ki, müvəqqəti qışlama rejiminin və saxlanma üsullarının kompleks halda tətbiqi gürzələrin istismar müddətini 3 ilə qədər artırır və süni saxlanma şəraitində ilanların reproduktiv fəaliyyətinin bərpa edir.

Tədqiqat zamanı gürzəninsüni saxlanma və istehsal şəraitində mövsümi və sutkalıq aktivlikləri, çoxalma biologiyasının ekoloji aspektləri araşdırıldı. Əldə edilmiş nəticələr gürzə ilanlarının təbii ehtiyatının davamlı istifadəsi və süni şəraitdə yetişdirilməsi probleminin həlli baxımından tətbiqi əhəmiyyət kəsb edir.  

Açar sözlər: Levantin gürzəsi, ilan zəhəri, volyer, terrarium, qışlama rejimi, reproduktiv fəaliyyət 


Tavakkul Iskandarov  

Institute of Zoology of the Ministry of Science and 

Education Azerbaijan Republic

Ph.D in Biology

iskenderov52m@mail.ru

UOT 598.115.33


Exploitation duration and reproductive activity of the Levantine viper

(Macrovipera Lebetina Obtusa Linneaus, 1758) in artificial storage

conditions with a complex method


Abstract

The study was conducted to increase the active life span and restore the reproductive activity of the Levant viper kept in artificial conditions for the purpose of producing snake venom. The maintenance and use of snakes in artificial conditions was carried out experimentally by applying temporary hibernation mode and complex storage methods (open field and closed terrarium). Experience shows that the complex application of temporary wintering and storage methods increases the service life of snakes in artificial storage conditions up to 3 years and restores the reproductive activity of snakes.

During the research, the seasonal and daily activity of the viper in artificial storage and production conditions, ecological aspects of reproductive biology were investigated. The obtained results are of great importance in terms of sustainable use of natural resources of snakes and solving the problem of their breeding in artificial conditions.

Keywords: Levant viper, snake venom, poultry, terrarium, hibernation, reproductive activity


Baxış: 417