Arzu Babazadə
Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
SƏPİN MÜDDƏTLƏRİNİN VƏ BİTKİ SIXLIĞININ PAMBIQ SORTLARININ MƏHSULDARLIĞINA VƏ İQTİSADİ GÖSTƏRİCİLƏRƏ TƏSİRİNƏ TƏSİRİ
Xülasə
Tədqiqatın nəticəsi olaraq qeyd etmək olar ki,Gəncə-114 sortunda aprel ayının 15-20-i tarixində səpin aparılan 60x15x1 səpin sxemi və hektarda 111 min ədəd bitkim sıxlığı olan variantda məhsuldarlıq 38.5 sen/ha, 60x20x1 səpin sxemi və hektarda 83 min ədəd bitki sıxlığı olan variantda 34.7 sen/ha, məhsul artımı 5.4 sen/ha, yəni 16.3 % olmuşdur. Gəncə-160 aprel ayının 15-20-i tarixində səpin aparılan 60x15x1 səpin sxemi və hektarda 111 min ədəd bitkim sıxlığı olan variantda məhsuldarlıq 42.6 sen/ha, 60x20x1 səpin sxemi və hektarda 83 min ədəd bitki sıxlığı olan variantda 35.8 sen/ha olmuşdur. Aprel ayının 15-20-də səpin aparılan, 60x15x1 səpin sxemi tətbiq olunan və hektarda 111 min ədəd bitki sıxlığı olan variatlarda məhsuldarlıq xeyli yüksək olmuşdur.
İqtisadi göstəricilərdə Gəncə-114 sortunda 15-20 aprel tarixində səpin aparılan, 60x15x1 səpin sxemi və hektarda 111 min ədəd bitkim sıxlığı olan variantda məhsulun ümumi dəyəri 2695 manat, istehsal xərcləri 901 manat, xalis gəlir 1794 manat və rentabellik səviyyəsi 209.8 % olmuşdur. Gəncə-160 sortunda 15-20 aprel tarixində səpin aparılan, 60x15x1 səpin sxemi və hektarda 111 min ədəd bitkim sıxlığı olan variantda məhsulun ümumi dəyəri 2982 manat, istehsal xərcləri 922 manat, xalis gəlir 2060 manat və rentabellik səviyyəsi 240.9 % olmuşdur. Həmin səpin müddətində 60x20x1 səpin sxemi və hektarda 83 min ədəd bitki sıxlığı olan variantda məhsulun ümumi dəyəri 2506 manat, istehsal xərcləri 896 manat, xalis gəlir 1610 manat və rentabellik səviyyəsi 188.3 % olmuşdur. Sortlarda aprel ayının 5-10-u və 25-30-u tarixlərində səpin aparılan, 60x20x1 səpin sxemi və hektarda 83 min ədəd bitki sıxlığı olan varantlarda iqtisadi göstəricilər xeyli aşağı olmuşdur.
Açar sözlər: səpin üsulları, bitki sıxlığı, sortların məhsuldarlığı, məhsulun maya dəyəri, xalis ghəlir, rentabellik səviyyəsi
Arzu Babazade
Azerbaijan State Agrarian University
Ph.D student
arzu.babazade94@mail.com
Effect of sowing periods and plant density on the productivity and
economic indicators of cotton varieties
Abstract
As a result of the research, it can be noted that in Ganja-114 variety, which was sown on April 15-20, with a 60x15x1 sowing scheme and a density of 111 thousand plants per hectare, the yield was 38.5 sen/ha, a 60x20x1 sowing scheme and a density of 83 thousand plants per hectare. 34.7 cents/ha, yield increase was 5.4 cents/ha, i.e. 16.3%. In Ganja-160, on April 15-20, 60x15x1 sowing scheme and 111,000 plant density per hectare yield was 42.6 cents/ha, and 60x20x1 sowing scheme and 83,000 plant density per hectare yield was 35.8 cents/ha. The yield was much higher in the varieties that were sown on April 15-20, with a 60x15x1 sowing scheme and a density of 111,000 plants per hectare.
In terms of economic indicators, Ganja-114 variety was sown on April 15-20, with a 60x15x1 sowing scheme and a density of 111,000 plants per hectare. In Ganja-160 variety, which was sown on April 15-20, with a 60x15x1 sowing scheme and a density of 111 thousand plants per hectare, the total value of the product was 2982 manats, production costs were 922 manats, net income was 2060 manats, and the level of profitability was 240.9%. During that sowing period, in the version with 60x20x1 sowing scheme and 83,000 plants per hectare, the total value of the product was 2506 manats, production costs were 896 manats, net income was 1610 manats, and the level of profitability was 188.3%.
The economic indicators were much lower in the varieties that were sown on April 5-10 and 25-30, with a 60x20x1 sowing scheme and a density of 83 thousand plants per hectare.
Keywords: sowing methods, plant density, productivity of varieties, cost of the product, net profit, level of profitability