Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
DOI: https://doi.org/10.36719/2707-1146/31/47-52

Cavid Nurməmmədov 

Bakı Dövlət Universiteti

magistrant

cacacavid@hotmail.com

Afaq Rzayeva 

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 

biologiya üzrə fəlsəfə doktoru

cacacavid@hotmail.com


KATEXÇAY HÖVZƏSİ TORPAQLARININ FİZİKİ VƏ KİMYƏVİ XASSƏLƏRİ


Xülasə

Tədqiqatda əsas məqsəd Böyük Qafqazın cənub yamacında yerləşən Katexçay hövzəsinin torpaqlarının yayılma qanunauyğunluqlarının öyrənilməsi və bu torpaqların qiymətləndirilməsi olmuşdur. Katexçay hövzəsinin relyef, iqlim, torpaq, bitki örtüyü araşdırılmış; hövzə ərazisində kəsimlər qoyulmuş, torpaq nümunələri götürülmüş, bu nümunələrdə torpaqların fiziki və kimyəvi göstəriciləri təyin edilmişdir. Müəyyən edilmişdir ki, Katexçay hövzəsi dağ-çəmən və dağ-meşə cəmən torpaqları üzvi maddələrlə zəngindir. Bu torpaqların ümumi azot və fosforla kifayət qədər təmin olunması, torpağın üst qatlarının humusla zəngin olması ilə əlaqədardır. Dağ-çəmən və dağ-meşə çəmən torpaqlarının üst qatında ümumi azotun miqdarı 0,60-0,73%, ümumi fosforun miqdarı isə 0,23-0,28% arasında dəyişir. Aşağı qatlarda humusun miqdarının azalması azot və fosforun miqdarına da təsir etmişdir. 

Açar sözlər: Katexçay hövzəsi torpaqları, relyef, iqlim, torpaq, bitki örtüyü, torpaqların fiziki və kimyəvi göstəriciləri


Javid Nurmammadov

Baku State University

master student

cacacavid@hotmail.com

Afag Rzayeva

Institute of Soil Science and Agrochemistry

Ph.D in Biology

cacacavid@hotmail.com


Physical and chemical properties of Katekhchay basin soils


Abstract

The main goal of the research was to study the laws of distribution of the lands of the Katekhchay basin, located on the southern slope of the Greater Caucasus, and to evaluate these lands. The relief, climate, soil, and vegetation of the Katekhchay basin were investigated; sections were placed in the basin area, soil samples were taken, and the physical and chemical parameters of the soil were determined in these samples. It was determined that the mountain-meadow and mountain-forest soils of the Katekhchay basin are rich in organic matter. Sufficient provision of these soils with total nitrogen and phosphorus is related to the fact that the upper layers of the soil are rich in humus. The amount of total nitrogen in the top layer of mountain-meadow and mountain-forest-meadow soils ranges from 0.60 to 0.73%, and the amount of total phosphorus varies from 0.23 to 0.28%. The reduction of the amount of humus in the lower layers also affected the amount of nitrogen and phosphorus.

Keywords: Katekhchay basin soils, relief, climate, soil, vegetation, physical and chemical indicators of soils


Baxış: 360