DOI: https://doi.org/10.36719/2707-1146/31/69-74
Jalə İsgəndərova
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
Sona Yadigarova
Azərbaycan Tibb Universiteti
ANADANGƏLMƏ TOKSOPLAZMOZUNKLİNİK - EPİDEMİOLOJİ ASPEKTLƏRİ
Xülasə
Anadangəlmə toksoplazmoz - Toxoplasma gondii paraziti vasitəsilə gözlərdə törədilən infeksiyadır. Toksoplazmoz bütün dünyada gözlərdə iltihabın yaranmasının ən geniş yayılmış səbəblərindən biridir. Anadangəlmə toksoplazmoz zamanı gözlərin zədələnməsi dölün ana orqanizminin qanında sirkulyasiya edən toksoplazmalarla bətndaxili yoluxma dövründə baş verir. Toksoplazmoz infeksiyası adətən torlu qişanı zədələyir və əvvəlcə simptomsuz şəkildə gedir. Bununla belə, qeyri-aktiv parazit sonradan aktivləşərək gözlərdə ağrılara, görmənin dumanlanmasına səbəb olmaqla, son nəticədə korluğa gətirib çıxarır. Anadangəlmə toksoplazmozun klinikası müxtəlif yaş dövrlərində bir neçə orqanın zədələnməsi və kliniki təzahürlərin manifestasiyası ilə müşayiət olunan polimorfizmlə xarakterizə olunur. Ən tez-tez qeydə alınan simptom anadangəlmə toksoplazmoz diaqnozunu təsdiq edən spesifik toksoplazma xorioretinitidir. Toksoplazmoz çox zaman görmənin müvəqqəti və ya daimi olaraq pisləşməsinə səbəb olan iltihabi prosesə və çapıqların əmələ gəlməsinə səbəb olur.
Açar sözlər: toksoplazmoz, Toxoplasma gondii, klinik formalar, oftalmoloji müayinə, anadangəlmə toksoplazmoz, xorioretinit.
Jala Isganderova
Azerbaijan Medical University
Doctor of Philosophy in Medicine
Sona Yadigarova
Azerbaijan Medical University
Clinical and epidemiological aspects of congenital toxoplasmosis
Abstract
Congenital toxoplasmosis is an eye infection caused by the Toxoplasma gondii parasite. Toxoplasmosis is one of the most common causes of eye inflammation worldwide. Eye damage during congenital toxoplasmosis occurs during intrauterine infection of the fetus with toxoplasmas circulating in the blood of the mother's body. Toxoplasmosis infection usually damages the retina and is initially asymptomatic. However, the inactive parasite later becomes active, causing pain in the eyes, blurred vision, and eventually blindness. The clinic of congenital toxoplasmosis is characterized by polymorphism, accompanied by damage to several organs and the manifestation of clinical manifestations at different ages. The most frequently recorded symptom is specific toxoplasma chorioretinitis, which confirms the diagnosis of congenital toxoplasmosis. Toxoplasmosis often causes an inflammatory process and scarring that causes temporary or permanent vision loss.
Keywords: toxoplasmosis, Toxoplasma gondii, clinical forms, ophthalmological examination, congentinal toxoplasmosis, chorioretinitis