Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/32/100-105

Hüseynağa Əsədov

Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi

Dendrologiya İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

Kəmalə Sadıqova

Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi

Dendrologiya İnstitutu

kemale.sadıqova1960@mail.ru


TORPAQ-İQLİM ŞƏRAİTİNDƏN ASILI OLARAQ ABŞERON YARIMADASI VƏ QƏBƏLƏ RAYONUNDA BECƏRİLƏN HİPOPHAE RHAMNOİDES L.

NÖVÜNÜN MƏHSULDARLIĞI


Xülasə

Məqalədə müxtəlif iqlim-torpaq şəraitində introduksiya olunmuş Hippophae rhamnoides L. növünün məhsuldarlığı meyvələrinin müqayisəli forması və tərkibi haqqında məlumat verilir. Tədqiqat Qəbələ və Abşeron şəraitində becərilən çaytikanı növünün yetişmiş meyvələrinin müxtəlif hissəsinin kütləsi, şirəsi və quru maddənin kütləsi müqayisəli olaraq öyrənilmişdir. Aydın olmuşdr ki, meyvələrin morfoloji göstəricilərində heç bir fərq müşahidə edilməmişdir. Abşeronda becərilən çaytikanı meyvəsinin 100 ədədinin kütləsi 58,4 q, şirəsi 43,1 q, meyvədəki quru maddə 15,0 mq, şirədə quru maddə 7,1mq təşkil edir. Qəbələdə becərilən çaytikanı meyvələrinin 100 ədədinin kütləsi isə 60,6 q, şirəsi 58,4 mq, meyvədə quru maddə 16,9 mq, şirənin quru maddəsi 9,4 mq təşkil etmişdir. Məlum olmuşdur ki, ekoloji-coğrafi ərazilərdəki iqlim-torpaq amilləri Hippophae rhamnoides L. növünün meyvələrində bioloji fəal maddələrin sintezinə təsir edir. Bu da məhsulun tam yetişməsi və toplanması üçün münasib dövrün  təyin edilməsinə imkan yaradır. Aparılmış elmi-tədqiqata əsasən 5-6 yaşlı çaytikanı kollarından orta hesabla 5-8 kq məhsul, bir hektar sahədən isə 45-50 sentnerə qədər meyvə almaq mümkündür. Bu qədər məhsuldan 320 kq yağ alınır. Meyvə və toxumlarından  alınan yağ tibbdə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilməkdədir.

Açar sözlər: çaytikanı, coğrafi ərazi, ekoloji amillər, meyvə, bölgələr


Huseynagha Asadov

Ministry of Science and Education of the Republic of Azerbaijan

Institute of Dendrology

Doctor of Philosophy in Biology

Kamala Sadigova

Ministry of Science and Education of the Republic of Azerbaijan

Institute of Dendrology

kemale.sadigova1960@mail.ru


Productivity of hipophae rhamnoides L. species cultivated in Absheron peninsula and 

Gabala district, depending on soil-climatic conditions


Abstract

The article provides information on the comparative shape and composition of the fruits of the species Hippophae rhamnoides L. introduced in different climatic and soil conditions. Research The mass, juice and mass of dry matter of different parts of ripe fruits of chaitikani grown in Gabala and Absheron conditions were comparatively studied. It was clear that no difference was observed in the morphological indicators of the fruits. The weight of 100 chaitikani fruits grown in Absheron is 58.4 g, the juice is 43.1 g, the dry matter in the fruit is 15.0 mg, and the dry matter in the juice is 7.1 mg. The mass of 100 chaitikani fruits grown in Gabala was 60.6 g, the juice was 58.4 mg, the dry matter of the fruit was 16.9 mg, and the dry matter of the juice was 9.4 mg. It was found that climate-soil factors in ecological-geographical areas affect the synthesis of biologically active substances in the fruits of Hippophae rhamnoides L. species. This makes it possible to determine the appropriate period for the full ripening and collection of the product. According to the conducted scientific research, it is possible to get an average of 5-8 kg of fruit from 5-6-year-old chaitikani bushes, and up to 45-50 centners of fruit from one hectare of land. 320 kg of oil is obtained from this amount of products. Oil obtained from fruits and seeds is widely used in medicine for the treatment of various diseases.

Keywords: tea tree, geographical area, ecological factors, fruit, regions




Baxış: 287