Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: https://doi.org/10.36719/2663-4619/90/24-29

Telli İbrahimova

Bakı Slavyan Universiteti

filologiya üzrə fəlsəfə doktoru

69_cicek_69@ rambler.ru

İradə Zamanova

Bakı Dövlət Universiteti

zirada04@gmail.com


AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASI SAHƏSİNDƏ PROBLEMLƏRİN ARAŞDIRILMASI


Xülasə

Təqdim olunan məqalə Azərbaycanda daha çox müzakirələrə səbəb olan distant təhsil sahəsində mövcud problemlərin araşdırılmasından bəhs edir. Məqalədə problem bir çox aspektlərin araşdırılmasını əsas götürmüşdür. Bu vaxta qədər distant təhsil haqqında tədqiqatların əksəriyyəti pedaqoji perspektivə yönəlmişdir, lakin problemin analitik nöqteyi-nəzərdən aparılan tədqiqatlara aid olmasına dair məlumatlar çox zəif təşviq edilirdi. Tədqiqat məqaləsi orta məktəblərdə distant təhsildə müxtəlif maraqlı tərəflərin, o cümlədən onlayn təlimin təşkilatçıları, müəllimlər və şagirdlərin üzləşdiyi problemləri araşdırmaqla onların yaranma səbəbləri və nəticələrini açıqlamağı məqsəd kimi qeyd edir. Bu çətinliklər əsasən məktəblərdə fiziki və texniki resursların çatışmazlığı, müəllim və şagirdlərin virtual təlimə adaptasiya olmaları, komputer bilikləri, motivasiyanın zəif tətbiqi və təlimdə diqqəti yayındıran vasitələridir. Məqalənin araşdırması həm müəllimlər, həm də şagirdlərin qeyri-sabit və ya məhdud internet bağlantısından əziyyət çəkdiyini, kütləvi onlayn təhsildə şagirdlərin distant təhsil alma hüquqlarına maneə törətdiyini aşkar edir. Valideynlər övladlarının evdə onlayn öyrənməsi üçün hər cür dəstəyi təmin etmək üçün çətinliklə üzləşir və pedaqoji yenidənqurma ehtiyacı ilə üzləşirlər. Bu tədqiqat həmçinin internetə çıxışı məhdud olan və öyrənmə imkanlarını məhdudlaşdıran problemləri araşdırır. Qlobal nöqteyi-nəzərdən, məqalənin mövzusu kütləvi onlayn təhsilə keçid üzrə maneələrin aradan qaldırılmağa kömək edə bilər.

Açar sözlər: distant təhsil, fiziki və texniki resurs, virtual təlimə adaptasiya, ümumtəhsil məktəbləri, şagirdlərin distant təhsil alma hüquqları  


Telli Ibrahimova

Baku Slavic University

Ph.D. in Philology

69_cicek_69@ rambler.ru

Irada Zamanova

Baku State University

zirada04@gmail.com


Investigation of problems in the field of distance education management

in secondary schools in Azerbaijan


Abstract

The presented article deals with the investigation of existing problems in the field of distance education, which have caused more discussions in Azerbaijan. In the article, the problem is based on the examination of many aspects. Until now, most of the research on distance education has focused on a pedagogical perspective, but there has been little encouragement to apply the problem to research from an analytical perspective. The research paper aims to explore the problems faced by various stakeholders in distance education in secondary schools, including online learning organizers, teachers, and students, and reveal their causes and consequences. These difficulties are mainly the lack of physical and technical resources in schools, adaptation of teachers and students to virtual training, computer skills, poor application of motivation and distractions in training.

The article's research reveals that both teachers and students suffer from unstable or limited internet connections, hindering students' rights to distance learning in mass online education. Parents are struggling to provide all kinds of support for their children's online learning at home and face the need for pedagogical restructuring. This study also examines the challenges that limited access to the Internet has on learning. From a global perspective, the topic of the article can help overcome barriers to the transition to mass online education.

Keywords: distance education, physical and technical resources, adaptation to virtual training, secondary schools, distance learning rights of students   


Baxış: 368