Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/93/35-41

Minayə Fərzəliyeva

Bakı Avrasiya Universiteti

bakalavriat

minayeferzeliyeva41@gmail.com


ƏSRİN LİDERİ  HEYDƏR ƏLİYEV!


Xülasə

Hər bir dövr öz liderlərini yetişdirir. Şəxsiyyəti lider edən başlıca keyfiyyətlər ağıl, enerji, xarakter, möhkəm iradə, yüksək təşkilatçılıq qabiliyyətidir. Xalq tarixi marağının bütün mükəmməlliyi ilə liderin şəxsində təzahür edir. Milli lider xalqı birləşdirir və onun idealları uğrunda qətiyyətlə mübarizə aparır. 

Türk milləti XX əsrdə dünyaya iki böyük lider bəxş edib. Atatürk və Heydər Əliyev. Biri Osmanlı imperiyasının süqutu ərəfəsində yaranan ağır vəziyyətdə, Anadolu türk varlığının işğalçı qüvvələr tərəfindən məhv edilmək istənildiyi bir məqamda milli mübarizənin ön sıralarına çıxaraq türk millətini və dövlətçiliyini xilas etmişdir. Digəri isə Sovet İmperiyasının süqutu ərəfəsində Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaranmış ağır vəziyyətdə milli mübarizənin əsl liderinə çevrilərək Qafqazda həqiqi müstəqil Azərbaycan dövlətini qurmuşdur. Dünyanın liderlik zirvəsində olanlar sırasında H.Əliyevin xüsusi yeri vardır. H. Əliyev lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. O öz tarixi vəzifəsini hələ ötən əsrin 60-cı illərinin sonundan başlayaraq qeyri-adi cəsarətlə həyata keçirməyə başlamışdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin əsaslarını ölkədə sənaye və istehsal sahələrinin yaradılması onun adı ilə ilə bağlıdır. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bilmiş, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır. Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda Azərbaycanda siyasi hakimiyyətə xalqın təkidi ilə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır. 

Açar sözlərlider, təhsil, demokratik dövlət quruluşu, strategiya, xarici siyasət, beynəlxalq təşkilatlar 


Minaya Farzaliyeva

Baku Eurasian University

bachelors

minayeferzeliyeva41@gmail.com


The leader of the century – Heydar Aliyev!


Abstract

Every era produces its leaders. The main qualities that make a personality a leader are intelligence, energy, character, strong will, high organizational ability. People’s historical curiosity is manifested in the person of the leader with all its perfection. A national leader unites the people and fights resolutely for their ideals.

The Turkish nation gave the world two great leaders in the 20th century. Ataturk and Heydar Aliyev. One of them saved the Turkish nation and statehood by coming to the forefront of the national struggle in the difficult situation that arose on the eve of the fall of the Ottoman Empire, when the 

Anatolian Turkish existence was wanted to be destroyed by the invading forces. The other, on the eve of the fall of the Soviet Empire, became the real leader of the national struggle in the difficult situation after the independence of Azerbaijan, and established a truly independent state of Azerbaijan in the Caucasus. H.Aliyev has a special place among those who are at the top of the world’s leadership. H.Aliyev’s influence on society and the world as a leader was very strong. He began to fulfill his historical duty with extraordinary courage starting from the end of the 60s of the last century. The foundation of today’s independent state of Azerbaijan is connected with the creation of industrial and production areas in the country. As a result of the activities of the prominent politician and statesman Heydar Aliyev, Azerbaijan as a state was able to successfully overcome the harsh tests of time, thanks to the wise political measures implemented in accordance with the development strategy defined by him, today the Republic of Azerbaijan has taken its rightful place in the world community of states, progressive and reforms in accordance with international standards. As a result, a democratic, legal and civilized state was established, all guarantees for the happy future of our people were created by achieving the economic independence of our country, and a civil society was formed that provides a real guarantee of the rule of law, human rights and freedoms. Thanks to the wisdom of Heydar Aliyev, who returned to political power in Azerbaijan at the insistence of the people, at a time when there was a crisis of power and anarchy was raging in the country, our country was on the verge of a civil war and was facing the threat of losing state independence, the threat of losing our independence was once and for all eliminated, and the attempts of a coup d’état, which was a great threat to the existence of our statehood, and acts of political terrorism and claims of coming to power in an unconstitutional way have been prevented.

Keywords: lider, education, democrative government establishment, strategy, foreign policy, international organization


Baxış: 314