Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
DOI: https://doi.org/10.36719/2707-1146/35/50-55

Elvin Garayev

                                                                                                       Baku, Azerbaijan

elvin-qarayev_1993@mail.ru

ORCID-0000-0002-5496-744X


GEOCHEMISTRY OF MAGMATIC PROCESSES. FORMATION OF

MAGMATISM IN THE EARTH'S CRUST AND THE ROLE OF MAGMA


Abstract

After the Republic of Azerbaijan gained independence, the approach to the concept of "field" has changed. Deposits that were previously considered to be of medium category are currently included in the group of large deposits. Therefore, one of the main issues facing geochemistry and technology in the modern era is to master the areas with a high amount of useful metals that can be considered deposits. For this reason, mineral sciences are closely related to geochemistry, when studying the genesis, age, and stages of formation of ore and non-ore deposits, the methods of isotope geochemistry are widely used. The role of magmatism in the formation of endogenous mineralization is great. Petrochemical series, formations, geochemical types of igneous rocks and certain correlation with endogenous mineralization indicate that magmatism plays a major, and sometimes decisive, role in the formation of endogenous mineralization. Magmatogenic ore deposits associated with sour igneous rocks are formed due to the accumulation of a number of ore elements (lithium, beryllium, niobium, tantalum, rare earth elements, zirconium) in the residual alloy, as they have a low distribution coefficient between crystals and alloy.                                                     

Keywords: mining, geodynamic, mineral, lithology, inorganic, nuclear geology    


Elvin Qarayev

Bakı, Azərbaycan

elvin-qarayev_1993@mail.ru

ORCID-0000-0002-5496-744X


Maqmatik proseslərin geokimyası. 

Yer qabığında maqmatizmin əmələ gəlməsi və maqmanın rolu


Xülasə

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra «yataq» məfhumuna yanaşma dəyişmişdir. Əvvəllər orta kateqoriyalı hesab olunan yataqlar hal-hazırda iri yataqlar qrupuna daxil edilir. Ona görə də müasir dövrdə geokimya və texnologiyanın qarşısında duran əsas məsələlərdən biri hal-hazırda yataq hesab edilə bilən faydalı metalların miqdarı yüksək olan sahələri mənimsəməkdir. Bu səbəbdən faydalı qazıntılar haqqında olan elmlər geokimya ilə sıx əlaqədardır, filiz və qeyri-filiz yataqlarının genezisini, yaşını, formalaşma mərhələlərini öyrəndikdə izotop geokimyasının üsullarından geniş istifadə edilir. Endogen filizləşmənin formalaşmasında maqmatizmin rolu böyükdür. Petrokimyəvi seriyalar, formasiyalar, maqmatik süxurların geokimyəvi tipləri və endogen filizləşmə ilə müəyyən korrelyasiyası endogen filizləşmənin formalaşmasında maqmatizmin böyük, bəzən isə həlledici rol oynamasına dəlalət edir. Turş maqmatik süxurlarla əlaqədar olan maqmatogen filiz yataqları bir sıra filiz elementlərinin (litium, berillium, niobium, tantal, nadir torpaq elementləri, sirkonium) kristallar və ərinti arasındakı aşağı paylanma əmsalına malik olduğu üçün, qalıq ərintidə toplanması hesabına əmələ gəlir

Açar sözlər: mədənçilik, geodinamik, mineral, litologiya, qeyri-üzvi, nüvə geologiyası





Baxış: 686