Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/94/72-78

Şahmar Məmmədov

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu 

Abşeron Heyvandarlıq Təcrübə stansiyası

aqrar elmləri üzrə fəlsəfə doktoru 

shahmar56@mail.ru       

Mahir Hacıyev

         Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu

aqrar elmləri üzrə fəlsəfə doktoru

                                     mahirhaciyev@mail.ru     

Bəxtiyar Nəbiyev

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu 

Abşeron Heyvandarlıq Təcrübə stansiyası

                              baxtiyar.nabiyev.1973@mail.ru             


MÜXTƏLİF MƏNŞƏLİ SİMMENTAL CİNSİNİN BUZOVLARININ BÖYÜMƏ VƏ İNKİŞAFININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ

         

Xülasə

Məqalədə müxtəlif mənşəli Simmental cinsinin buzovlarının inkişafı, eksteryeri və böyuməsinin  öyrənilməsinin nəticəsi  təqdim olunur. 

Tədqiqat işi İmişli rayonu ərazisində yerləşən mütərəqqi modern standartlara cavab verən, muasir innovativ textoloji əsaslarla qurulmuş modul tipli “İmişlı R Aqro “MMC Heyvandarlıq damazlıq- südçülük təsərrüfatında  xariçdən (Avstriyadan) gətirilən Holşteyn-friz  və Simmental  qaramal cinsləri üzərində həyata keçirilir. Azərbaycanın təbii iqlim  şəraitinə uyğunlaşdırmaqla qapalı şəraitdə bağsız saxlanılaraq aparılan damazlıq seleksiya işləri nəticəsində yerli şəraitdə yetişdirilən Simmental və Holşteyn-friz mənşəli mələzlərin süd məhsuldarlığının yüksəlməsindən bəhs edir. Alınan mələzlər yerli iqlim şəraitinə asanlıqla uyğunlaşaraq nəslin mənsub olduğu məhsuldarlıq potensialından yüksək səviyyədə istifadə edə bilirlər.

Təcrübə heyvanlarının diri çəkislərinin dinamikası ilə bağlı məlumatların monitorinqi göstərdi ki, Holşteyn-friz cinsinin buğalarının toxumları ilə ilə Simmental cinsinin inəklərinin mayalanmasından alınan mələz düyələr bütün yaş dövrlərində nəzarətdə olan həmyaşıdlarını üstələyərək ən yüksək göstəricilərlə fərqlənmişlər. Təcrübə qrupunda 18 aylığında olan düyələr nəzarət qrupunda olan həmyaşıdlarından çəki nisbətinə görə 23,6 kq (6,1%) ağır olmuşdular. Ümumilikdə yetişdirmə  dövründə təcrübə qrupundakı  heyvanların çəki artım intensivliyi 45 q və ya 6,9% yüksək olmuşdur.

Bədən quruluşunun ölçülərinin və indekslərinin təhlili göstərir ki, alınan mələz düyələr eksteryer xüsusiyyətlərinə görə südlük istiqamətli heyvanlara məxsus tələblərə tam cavab verir. Bütün yaş dövrlərində bədən quruluşu indekslərində müxtəlif mənşəli heyvanlar arasında əhəmiyyətli fərqlər yox idi, lakin, Holşteyn-friz cinsinin buğalarının   toxumları ilə Simmental cins inəklərin mayalanmasından alınan mələzlərin gənc heyvanları, təmiz qanlı Simmentallardan fərqli olaraq, daha az uzunayaqlılıq, daha çox gövdə uzunluğu və daha yüksək sağrının dikliyi və döş  dolğunluq indeks göstəriciləri ilə xarakterizə olunurdu.

Araşdırılan inək genotiplərinin bədən quruluşu indekslərinin əksəriyyəti onların süd məhsuldarlığı istiqamətinə aid olduğunu  və eyni  zamanda müxtəlif populyasiyalarda heyvanların bədən quruluşunda fərqlər olduğunu göstərir.

Açar sözlər: düyələr, Simmental cinsi, mələz, seleksiya, diri çəki, mütlək çəki, gündəlik diri çəki artımı, bədən qurluşunun ölçüləri, bədən indeksləri


Shahmar Mammadov

Animal Husbandry Scientific Research Institute

Absheron Animal Husbandry Experimental Station

PhD in Agricultural Sciences

shahmar56@mail.ru  

Mahir Hajiyev

Animal Husbandry Scientific Research Institute

PhD in Agricultural Sciences

                                     mahirhaciyev@mail.ru     

Bakhtiyar Nabiyev

Animal Husbandry Scientific Research Institute

Absheron Animal Husbandry Experimental Station

baxtiyar.nabiyev.1973@mail.ru             


Comparative assessment of growth and development of simmental 

calves of different origin


Abstract

The article presents the results of studying the development, exterior and growth of  Simmental calves  of different origins. The research work is carried out on the Holstein-Friesian and Simmental cattle breeds brought from abroad (from Austria) in the "Imishli R Agro" LLC Livestock breeding-dairy farm, which meets progressive modern standards and is built on modern innovative textological bases. It talks about the increase in milk yield of Simmental and Holstein-Friesian crossbreeds grown in local conditions as a result of the breeding selection works carried out in indoor conditions without gardens by adapting them to the natural climatic conditions of Azerbaijan. Obtained hybrids can easily adapt to local climatic conditions and use the productivity potential of the offspring at a high level.

The monitoring of the data on the dynamics of the live weight of the experimental animals showed that the crossbred heifers obtained from the insemination of Holstein-Friesian bulls and Simmental cows were distinguished by the highest indicators, surpassing their peers in all age periods. Heifers in the experimental group at the age of 18 months were 23.6 kg (6.1%) heavier than their peers in the control group. In general, the intensity of weight gain of animals in the experimental group during the breeding period was 45 g or 6.9% higher.

The analysis of the dimensions  and indices of the body structure shows that the obtained crossbred heifers  fully  meet the  requirements of dairy animals due to their exterior characteristics. There were no significant differences in body composition indices between animals of different origins in all age periods. however, young animals of hybrids obtained from inseminations of Holstein-Friesian bulls and Simmental cows were characterized by less leg length, greater body length, and higher wither height and breast fullness indices than purebred Simmentals.

Most of the body structure indices of the investigated cow genotypes show that they are related to the direction of milk productivity and at the same time there are differen

Keywords: heifers, Simmental breed, hybrid, breeding, live weight, absolute weight, daily live weight gain, body composition measurements, body indices




Baxış: 253