DOI: https://doi.org/10.36719/2663-4619/97/71-76
Şahnaz Ələkbərli
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
Azər Musayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
Zöhrə Kəngərli
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
HÜQUQİ YARDIM ALMAQ HÜQUQU: MİLLİ QANUNVERİCİLİK VƏ XARİCİ TƏCRÜBƏ (İTALİYA VƏ POLŞA ÖLKƏLƏRİNİN TİMSALINDA)
Xülasə
Hüquqi yardım almaq hüququ ölkəmizdə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə təsbit olunmuşdur. Belə ki, əvvəlki konstitusiyalardan fərqli olaraq, qüvvədə olan Konstitusiyanın 61-ci maddəsi məhz yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu özündə ehtiva edir.
Eyni zamanda bu cür yardımın qanunla nəzərdə tutulmuş hallarda dövlət hesabına göstərildiyi qeyd edilmişdir. Ödənişsiz hüquqi yardım aztəminatlı şəxslərin digər şəxslərlə bərabər şəkildə hüquqi yardımla təmin olunması üçün nəzərdə tutulmuşdur. İstər milli, istərsə də digər dövlətlərin qanunvericiliklərində və həmçinin BMT-nin sənədlərində bu məsələ diqqətdən kənarda qalmamışdır. Bu məqalədə hüquqi yardıma həm Azərbaycan Respublikası, həm də İtaliya və Polşa kimi ölkələrin aspektindən nəzər salınmış, müqayisəli təhlil aparılmışdır.
Açar sözlər: hüquqi yardım, vəkil, ədalətli məhkəmə araşdırması, cinayət işi, qanunvericilik
Shahnaz Alakbarli
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
master student
sahnaz907.sa@gmail.com
Azer Musayev
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
master student
azermusayev82@gmail.com
Zohra Kangarli
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
master student
kengerlizohre05@gmail.com
The right to legal aid: national legislation and foreign experience
(on the example of Italy and Poland)
Abstract
The right to access legal aid is enshrined in our country by the adoption of the Constitution of the Independent Republic of Azerbaijan. Thus, unlike previous constitutions, Article 61 of the current Constitution contains the right to access high-quality legal aid.
At the same time, it was noted that such assistance is provided at the expense of the state in cases provided for by law. Free legal aid is designed to provide low-income persons with legal assistance on an equal basis with other persons. This issue was not ignored in the legislation of borh national and other countries, as well as in the documents of the UN. This article reviewed legal aid from the perspective of the Republic of Azerbaijan, as well as countries such as Italy and Poland, and conducted a comparative analysis.
Keywords: legal aid, lawyer, fair trial, criminal case, legislation