Əlöysəd Əsgərov
Azərbaycan Dövlət Aqrar Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
Bəsti Novruzova
Azərbaycan Dövlət Aqrar Universiteti
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İNNOVASİYALARININ
TƏTBİQİNİN STİMULLAŞDIRILMASI
Xülasə
Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə baxılır, innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətləri araşdırılır. İnnovasiyaların stimullaşdırılmasına müasir yanaşmalar təhlil olunur. Bununla əlaqədar innovasiya siyasətləri çərçivəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərinin seçilməsi və onların reallaşdırılması açıqlanır.
Eləcə də müasir şəraitdə Azərbaycanın kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə irəliləyişlər, habelə bu sahədə həyata keçirilən stimullaşdırma mexanizmlərinin formalaşması təhlil olunur. Məqalədə əsas istiqamətlər üzrə kənd təsərrüfatının innovativ inkişafının sürətləndirilməsi baxımından dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə dair təkliflər verilir.
Açar sözlər: kənd təsərrüfatı, innovasiya, investisiya, səmərə, ekaloji tarazlıq, ərzaq təhlükəsizliyi, rəqabət qabiliyyətliliyi
Aloysad Asgarov
Azerbaijan State Agrarian University
PhD in economics
alovsad.asgarov@mail.ru
Basti Novruzova
Azerbaijan State Agrarian University
elekberlimehemmed@mail.ru
Stimulation of the application of agricultural innovations in Azerbaijan
Abstract
In the article, the role and main forms of agricultural innovations in modern conditions, as well as the formation of innovation systems in the agrarian field, are considered, directions for stimulating the application of innovations are examined. Modern approaches to innovation stimulation are analyzed. In this regard, the selection of the priority directions of the measures implemented within the framework of innovation policies and their implementation are explained. Also, in modern conditions, advances in the application of innovations in Azerbaijan's agriculture, as well as the formation of stimulation mechanisms implemented in this field, are analyzed. In the article, proposals are made for expanding the scope of state support measures in terms of accelerating the innovative development of agriculture in the main directions.
Keywords: agriculture, innovation, investment, efficiency, ecological balance, food security, competitiveness