Brilyant Cəfərli
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
dissertant
brilliant1cefer@hotmail.com
AZƏRBAYCAN MEMARLIĞININ DÜHASI ƏCƏMİ NAXÇIVANİ YARADICILIĞINDA ORNAMENTASİYA ZƏNGİNLİYİ
Xülasə
Məqalə Naxçıvan memarlıq məktəbinin banisi, Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərdən bəhs etmişdir. Göstərilir ki, dahi memarın əsərlərində ornamentasiya zənginliyi ən üst səviyyədə tətbiq olunmuşdur. Bu əzəmətli tikililərin səthləri üzərində həm həndəsi, həm də nəbati naxışlar istifadə olunmuşdur. İstifadə edilən ornamentlər ahəngdar şəkildə birləşərək bu abidələrin koloritini daha da artırmışdır. Əcəmi Naxçıvani əsərlərinə gözəllik bəxş edən ornamentlərin memarlıq formaları ilə birləşməsindən möhtəşəm abidələr yaranmışdır. Naxçıvanda ucaldılan memarlıq abidələrində memarlıqla ornamentasiyanın kontaminasiyası memarın dərin təfəkkürünün məhsuludur. Bu abidələr üzərində qədim Şərq və Qərb memarlığının sintezi özünü bariz şəkildə göstərir.
Açar sözlər: memarlıq, ornament, abidə, türbə, həndəsi, nəbati
Brilliant Jafarli
ANAS Nakhchivan Department
Institute of Arts, Language and Literature
PhD student
brilliant1cefer@hotmail.com
The richness of ornamentation in the creativity of the genius of
Azerbaijani architecture Ajami Nakhchivani
Abstract
The article dealt with the ornaments engraved on the architectural monuments built by Ajami Abubakr oglu Nakhchivani, the founder of the Nakhchivan School of architecture, the genius of Azerbaijani architecture. It was shown that the richness of ornamentation was applied in the works of the Great Architect at the highest level. Both geometric and botanical patterns were used on the surfaces of these majestic structures. The ornaments used harmoniously combined and increased the color of these monuments. Magnificent monuments were created from the combination of ornaments and architectural forms that gave beauty to the works of Ajami Nakhchivani. The contamination of architecture and ornamentation in the architectural monuments erected in Nakhchivan is a product of the deep thinking of the architect. The synthesis of ancient Eastern and Western architecture is clearly manifested on these monuments.
Keywords: architecture, ornament, monument, tomb, geometric, botanical